
Apple yenilənmiş Face ID texnologiyasının patentini əldə edib
Elm & Texnologiya
21.01.2021
Emil
ABŞ-ın patentlər üzrə təşkilatı Apple şirkətinin yeni patent sorğusu barəsində məlumat verib. Şirkətin yeni patent sorğusu istifadəçinin biometrik sistem ilə autentifikasiyasını əhatə edir. Bu barədə Patentlyapple saytı xəbər verib. Apple tərəfindən patentləşdirilmiş yeni sistem istifadəçi üzünün istilik xəritəsindən istifadə edir. Beləliklə istifadəçinin autentifikasiya prosesi məhz istifadəçi üzünün istilik xəritəsi vasitəsilə reallaşdılır. Nəzəri cəhətdən bu yeni sistem daha təhlükəsizdir və qoruyucu maskadan istifadə edən istifadəçinin də üzünü tanıya bilər. Bu isə son zamanlardakı vəziyyət üçün çox aktualdır. Ümid etmək olar ki, Apple yenilənmiş Face ID texnologiyasını artıq bu ilki iPhone modellərinə inteqrasiya edəcək.

Paylaş
Bənzər xəbərlər
Ən çox oxunanlar

James Webb öz ilk ekzoplanetini kəşf edib və onun fotosunu çəkib
