
AR eynək istehsalçısı Magic Leap öz biznesini satmağı planlaşdırır
Elm & Texnologiya
13.03.2020
Emil
Artırılmış reallıq cihazı istehsalı sahəsində fəaliyyət göstərən Magic Leap adlı ABŞ şirkəti öz inkişaf variantlarını nəzərdən keçirdir. Həmin variantlar arasında digər şirkətlər ilə əməkdaşlığın yaradılması, öz biznesinin müəyyən və ya tam hissəsinin satılması da var. Bu barədə Bloomberg saytı xəbər verib. Məlumatda qeyd edilib ki, Magic Leap şirkəti Facebook və Johnson & Johnson kimi böyük texnoloji şirkətlər ilə ola biləcək potensial müqavilələri incələyir. İnsayderlər qeyd ediblər ki, Magic Leap ilə Facebook arasında danışıqlar hələ olmayıb.
Belə ki, Facebook öz virtual reallıq texnologiyasını inkişaf etdirir və yüksələn tariflər səbəbilə startap alışına ehtiyac duymur. Bloomberg-in verdiyi məlumata əsasən Magic Leap öz biznesinin satılması nəticəsində 10 milyard dollar dəyərində vəsait əldə etməyə ümid edir. Lakin şirkətin qiymətləndirilməsi məsələsi problemə çevrilə bilər. Belə ki, Magic Leap-i alacaq şirkət başa düşməlidir ki, o, riskə gedir və müəyyən müddət ərzində ondan gəlir əldə etməyəcək. Bundan əlavə olaraq şirkətin yaratdığı artırılmış reallıq texnologiyasının irimiqyaslı genişləndirilməsi də problemli ola bilər.
Qeyd etmək lazımdır ki, Magic Leap startapı 2010-cu ildə təsis edilib. 2014-cü ildə o öz məhsulunun ilk prototipini təqdim etmişdi. 2018-ci ildə şirkət öz artırılmış reallıq eynəyini 2295$ qiymətində satışa çıxartdı. Təsis edildiyi vaxtdan bəri Magic Leap ümumilikdə 2.6 milyard dollar investisiya cəlb edib. İnvestorlar siyahısında həmçinin Google və Alibaba kimi şirkətlər var. Keçən ilin dekabr ayında məlum olmuşdu ki, şirkət 1 milyon ədəd artırılmış reallıq eynəyi satmağı planlaşdırır. Lakin sonradan şirkət öz proqnozunu 100.000 ədəd eynəyə endirdi. Nəticədə isə Magic Leap sadəcə 6000 ədəd artırılmış reallıq eynəyi sata bildi.
Paylaş
Bənzər xəbərlər
Ən çox oxunanlar

Samsung Galaxy Z Fold 7, Z Flip 7 və Z Flip 7 FE təqdim olunub - QİYMƏTİ
