Logo
    main-post-cover

    Artemis II bu gün Yerə qayıdır: tarixi eniş canlı yayımlanacaq

        Technote.az “TNW” platformasına istinadən bildirir ki, NASA tərəfindən həyata keçirilən Artemis II missiyası Ay ətrafında tarixi uçuşunu başa vuraraq bu gün Yerə qayıdır. Missiyanın ekipajını Reid Wiseman, Christina Koch, Victor Glover və Jeremy Hansen təşkil edir.
        Astronavtları daşıyan Orion kosmik gəmisi ABŞ-nin San-Dieqo sahilləri yaxınlığında okeana eniş edəcək. Enişin təxmini vaxtı Şərq saat qurşağı ilə 20:07-dir (ET). Rəsmi canlı yayım isə 18:30-da başlayacaq və YouTube, Netflix və HBO Max kimi platformalarda izləmək mümkün olacaq. Missiya Space Launch System raketi ilə start götürərək ümumilikdə 9 gün davam edib. Bu müddətdə ekipaj Ay ətrafında uçuş həyata keçirərək Yerə geri dönüb. Lakin uçuşun ən riskli mərhələsi məhz Yer atmosferinə yenidən daxilolma, re-entry mərhələsidir. Bu proses təxminən 13 dəqiqə çəkir və kosmik gəmi bu zaman 2,760°C (təxminən 5,000°F) temperatur təsirinə məruz qalır. Bu isə istilik qalxanı və struktur dayanıqlığı baxımından ciddi sınaq sayılır.
        Qeyd edək ki, əvvəlki Artemis I mission zamanı tətbiq edilən “skip reentry” (atmosferdən qismən çıxaraq yenidən daxilolma) metodu nəticəsində Orion kapsulunda əlavə yanma izləri müşahidə olunmuşdu. Buna görə də Artemis II missiyasında daha ehtiyatlı və tədrici eniş strategiyası seçilib.
    Paylaş