Artemis II missiyası Ay ətrafında 10 günlük səyahətə başladı
Elm & Texnologiya
02.04.2026
Sevinj
Technote.az “Engadget” platformasına istinadən bildirir ki, NASA-nın Artemis II missiyası 1 aprel tarixində, ABŞ-nin Florida ştatındakı Kennedy Space Center daxilində yerləşən Launch Complex 39B platformasından uğurla kosmosa buraxılıb. Yerli vaxtla saat 18:35-də baş tutan buraxılışla dörd astronavt, Reid Wiseman, Victor Glover, Christina Koch və Jeremy Hansen Ay ətrafında 10 günlük uçuşa başlayıb.
Bu missiya “Artemis” proqramı çərçivəsində həyata keçirilən ilk ekipajlı uçuş kimi tarixə düşür. Eyni zamanda bu, Space Launch System raketi və Orion kosmik gəmisinin insanlı ilk uçuşudur və Apollo program dövründən sonra dərin kosmosa ilk ekipajlı dönüş hesab olunur.
Missiyanın gedişində Orion kosmik gəmisi raketin yuxarı mərhələsindən uğurla ayrılıb. Bundan sonra astronavt Victor Glover gəmini bir saatdan artıq müddətdə əl ilə idarə edərək “proximity operations” adlı testi həyata keçirib. Bu test gələcəkdə SpaceX və Blue Origin tərəfindən hazırlanacaq Ay eniş modulları ilə docking (birləşmə) prosesinə hazırlıq məqsədi daşıyır.
Missiyanın planına əsasən, Orion kapsulu 10 aprel tarixində Sakit okeana eniş edəcək.
Paylaş