Artıq 20-dən çox komanda CTF-də iştirak etmək üçün qeydiyyatdan keçmişdir. Tələsin, müraciətlərin qəbulunun bitməsinə iki gündən də az vaxt qalıb

08.12.2017 0 PAYLAŞIM 1083 OXUNMA

    www.ctf.az veb səhifəsində kompüter təhlükəsizliyi sahəsində mütəxəssislər üçün CTF (Capture the flag) müsabiqəsinə müraciətlərin qəbulu davam edir. İştirakçıların qeydiyyatının bitməsinə və müsabiqənin başlamasına iki gündən də az vaxt qalıb. Hal hazırda 20-dən çox komanda iştirak etmək üçün qeydiyyatdan keçmişdir.

    Yarışların keçirilmə tarixi 2017-ci il dekabrın 10-dur. Həmin gün saat 11:00-dan 23:00-dək bütün müsabiqə tapşırıqları müsabiqənin veb saytında onlayn rejimdə dərc ediləcəkdir. Müsabiqənin qalibləri dekabrın 16-də elan olunacaq. Müsabiqənin ilk üç lideri, müsabiqənin təşkilatçılarının təqdim edəcəyi mükafatlardan savayı, kompüter təhlükəsizliyi üzrə real layihələrdə öz biliklərini tətbiq etmək, üçün potensial imkanı qazanacaqlar.

    CTF formatı mütəxəssislərin kompüter sistemlərinin mühafizəsi üzrə bacarıq və səriştələrini qiymətləndirməyə imkan verir. Müsabiqənin əsas məqsədi informasiya təhlükəsizliyi sahəsində mütəxəssislərin praktiki biliklərinin inkişafı, eləcə də bu sahədə olan mütəxəssislərin birliyinin formalaşdırılmasıdır. İnformasiya təhlükəsizliyi sahəsində hazırlıq dərəcəsindən asılı olmayaraq, maraqlanan bütün mütəxəssislər iştiraka dəvət edilir.

    Müsabiqə çərçivəsində iştirakçılara veb-tətbiqetmələrdə olan pozuntuların istismarı, kriptoqrafiya, binar tətbiqetmələrdə olan pozuntuların istismarı, tərs mühəndislik, və s. bu kimi mövzular üzrə tapşırıqların həllini tapmaq təklif olunacaq.

Müsabiqənin qaydalarına uyğun olaraq iştirakçıların və və komandaların qeydiyyat yalnız 2017-ci il dekabrın 4-dan 10-dək mümkündür.

    CTF yarışı ilk dəfə olaraq Las-Veqasda, DEF CON konfransında doxsanıncı illərin əvvəlində keçirilib. DEF CON CTF kompüter təhlükəsizliyi üzrə dünyanın ən nüfuzlu və məşhur yarışı sayılır. CTF formatında yarışların Azərbaycanda keçirilməsi, azərbaycanlı mütəxəssislərın, haqlı olaraq, dünyanın ən güclü komandalarını toplayan bənzər tədbirlərdə, iştirakı üçün zəmin yaradacaq.

    Yarışın təşkilatçıları şəbəkə perimetrinin, məlumatların və tətbiqetmələrin müdafiəsinə fokuslanmış, həmçinin kiber-insidentlərin qarşısının alınması üzrə həllər təqdim edən SmartIT (www.smartit.az) və tətbiqetmələrin təhlükəsizlik auditi, sızmaların testi və kod auditi üzrə ixtisaslaşan Solidlab (www.solidlab.ru) şirkətləridir.

Müsabiqəyə informasiya dəstəyini Elektron Təhlükəsizlik Mərkəzi CERT (www.cert.az) göstərir.


Müsabiqənin tərəfdaşları:

• İstənilən çətinlik səviyyəsində informasiya sistemlərinin layihələndirilməsi, yaradılması və müşayəti üzrə ixtisaslaşmış IDRAK (www.idrak.az) şirkəti;

• Azərbaycan ərazisində eksklüziv distrtbütor olan Mont şirkəti ilə təmsil edilən, informasiya təhlükəsizliyi və informasiyanın qorunması sahəsində proqram təminatı işləyib-hazırlanması üzrə ixtisaslaşan Symantec(www.symantec.com) şirkəti.

• İnternetdə biznesin təşkili üzrə xidmətlər təklif edən RENLEY (www.renley.az) agentliyidir.