Reklam
Artıq 3 ildən sonra Yaponiyada SkyDrive adlı uçan taksi servisi istifadəyə veriləcək (VİDEO)

Artıq 3 ildən sonra Yaponiyada SkyDrive adlı uçan taksi servisi istifadəyə veriləcək (VİDEO)

Texnologiya
20.08.2020 PAYLAŞIM

    Toyota Motor Corp. korporasiyasının keçmiş mühəndisi Tomohiro Fukuzawa-nın rəhbərlik etdiyi SkyDrive şirkəti artıq 2023-cü ildə uçan elektromobillərin kommersiya məqsədli istifadəsini planlaşdırır. Bu barədə Japantimes saytı xəbər verib. Uçan elektronəqliyyatın yaradılması layihəsini Panasonic, yapon və beynəlxalq şirkətlər dəstəkləyiblər. SkyDrive şirkətinin test uçuşları keçən ilin dekabr ayında start götürmüşdü və bu ilin mart ayında yekunlaşdırılmışdı. Hal hazırda şirkət uçan elektromobilin prototipini təkmilləşdirmək ilə məşğuldur ki, o, bütün təhlükəsizlik tələblərini yerinə yetirsin.

    Belə ki, uçuş üzrə Yaponiyanın müvafiq dövlət orqanlarından icazənin əldə olunması üçün təhlükəsizlik məsələsinə ciddi diqqət ayırmaq lazımdır. Yaponiyada uçan avtomobillər rəsmi olaraq eVOTL adını əldə ediblər. Buna başqa cür şaquli qalxış və enişə sahib elektrikli hava nəqliyyatı da demək olar. Onların əsas özəllikləri sırasında tam elektrikləşdirilmiş mühərriklər, avtomatlaşdırılmış idarəetmə sistemi və şaquli qalxış/eniş var. Skydrive aerotaksisi kompakt ölçülərə sahibdir. Belə ki, onun hündürlüyü 1.5 metr, uzunluğu 4 metr, eni isə 3.5 metrdir.


    Sözügedən aerotaksinin ortalama uçuş vaxtı saatda 100 km sürətlə 5-10 dəqiqə təşkil edir. Elektromobil tamamilə idarəolunan olacaq və yalnız 1 sərnişini daşıya biləcək. Kommersiya məqsədli ilk uçuşlar Osaka körfəzinin üzərindən reallaşdırılacaq. Plana əsasən 2050-ci ilə kimi 10 dəqiqə ərzində Tokionun 23 rayonuna uçmaq mümkün olacaq. Şaquli qalxış və eniş üçün yerdə kiçik ərazi kifayət edir. 2019-cu ildə Morgan Stanley şirkətinin aparmış olduğu tədqiqatlar nəticəsində şirkət belə bir qənaətə gəlmişdi ki, şaquli qalxış və enişə sahib elektronəqliyyat sahəsinin potensialı çox yüksəkdir. 

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Apple AirPods Pro 2 qulaqlıqlarının render fotoları və yeni məlumatları təqdim e..

Vaxtı ikən AirPods 3 qulaqlıqlarının fotolarını təqdim etmiş 52audio saytı bu dəfə AirPods Pro 2 qul..


Apple şirkətinin qarışıq reallıq (AR + VR) cihazı gələn ilin əvvəlində satışa çı..

Məşhur analitik Ming-Chi Kuo Apple şirkətinin qarışıq reallıq (AR + VR) cihazının satış tarixi barəs..


ABŞ-da bakteriyalar əsasında yeni bioloji batareya yaradılıb

Nyu-York ştatında yerləşən Binhemton Universitetinin mütəxəssisləri bakteriyalar əsasında enerji bat..


Yaxın zamanda smartfonlar üçün 240 vatt gücündə sürətli şarj texnologiyası istif..

İnternet resursların verdikləri məlumata əsasən yaxın zamanda smartfonların batareyaları üçün nəzərd..


Huawei yeni naqilsiz FreeBuds Pro 2 qulaqlıqlarını təqdim edib - QİYMƏTİ

Huawei şirkəti naqilsiz FreeBuds Pro 2 qulaqlıqlarını təqdim edib.


Amazon Alexa hətta vəfat etmiş insanların səsləri vasitəsilə danışa biləcək..

Amazon şirkəti dünən Las Veqasda keçirilmiş Re:Mars adlı konfrans çərçivəsində etik nöqteyi nəzərdən..

×