Logo
    main-post-cover

    Artıq 4 şirkət Barselonada keçiriləcək MWC 2021 sərgisində iştirakdan imtina edib

    Elm & Texnologiya
    11.03.2021
    Emil
        Koronavirus pandemiyası kütləvi tədbirlərin keçirilməsinə dair planlara dəyişikliklər etməyə davam edir. Belə ki, 4 şirkət bu ilki MWC-də (Mobile World Congress) iştirakdan artıq imtina edib. Bu cür qərarı ilk vermiş şirkət isə Ericsson olub. Daha sonra Sony, Nokia Oracle şirkətləri də eyni qərarı qəbul ediblər. Barselonada keçirilməsi planlaşdırılan MWC 2021 sərgisində iştirakdan imtinanın əsas səbəbi isə çox sadədir. Şirkətlər sadəcə olaraq öz əməkdaşlarının sərgi zamanı koronavirusa yoluxmalarını istəmirlər.
        Nokia təmsilçiləri bildiriblər ki, sərginin beynəlxalaq xarakter daşıdığını və vaksinasiya prosesinin bütün dünyada hələ ilkin mərhələdə olduğunu nəzərə alaraq Nokia bu il sərgidə online şəkildə iştirak edəcək. Bununla belə sərgi təşkilatçıları keçən il kimi sərginin tam keçirilməsindən imtina etmək niyyətində deyillər. Bir neçə müddət budan öncə Şanxayda keçirilmiş MWC-də 17.000 insan iştirak edib. Bununla belə sərgi çərçivəsində koronavirusa yoluxma halı qeydə alınmayıb.
    Paylaş
    Bənzər xəbərlər