main-post-cover

    Arxa hissəsi şəffaf olan Xiaomi Mi 8 və yeni MIUI 10 interfeysinin təqdimat tarixi sızdı (VİDEO)

    27.05.2018
    Farid Pardashunas
    31 May tarixində təqdim edilməsi planlanan Xiaomi Mi 8 modelinin video görüntüsü internetə sızdırıldı. İlk diqqət çəkən nöqtə telefonun arxa hissəsinin şəffaf olmasıdır. Xiaomi şirkətinin 8-ci il dönümü olacağı üçün Mi 7 adından imtina edib, Apple kimi strategiya izləyərək Mi 8 adlandırmağa qərar verdilər. Telefonun ən önəmli fərqləri Android tərəfində 3D Üz Oxuma texnologiyasına və Barmaq İzi Sensor-unun ekrana inteqrasiya edilməsidir. 
    Xiaomi Mi 8 modeli 31 May tarixində xüsusi konfrans ilə təqdim ediləcək.        
    Sızan bir digər görüntü isə MIUI 10 ilə bağlıdı. Xiaomi Mi 8 modeli ilə birliktə 31 May tarixində tanıdılacaq MIUI 10 Mi 8 modelində Android Oreo ilə birliktə istifadəyə veriləcək.    
    MIUI 10 deyilənlərə görə, Süni Zəka Sürət/Performans üçün xüsusi olaraq optimizasiya edilmiş olacaq. Estetik görüntüdən daha çox stabillik və bir sıra yeniliklər ilə istifadəçilərin müsbət rəylərini alması gözlənilir.

    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər