Asan İmza-nın qiyməti niyə artıb?- Açıqlama

21.07.2018 0 PAYLAŞIM 1066 OXUNMA

Son vaxtlar Asan İmza ilə bağlı qiymət artımı məsələsi günəmdədir. Qeyd edilir ki, avqustun 15-dən Asan İmza-nın qiyməti 1 manat yerinə 2,5 manat (ƏDV daxil) təşkil edəcək.

Məsələyə birmənalı yanaşma yoxdur. Belə ki, yeni qərar ekspertlər və istifadəçilər tərəfindən ciddi tənqid edilir.

Technote.az bildirir ki, dəyişikliklərin təşəbbüskarı B.EST Solutions şirkəti məsələyə aydınlıq gətirib.

Şirkətin açıqlamasında deyilir ki, Asan İmza mobil elektron imza xidmətinin qiymətinin qaldırılması iqtisadi amillər, xarici valyutanın kursundakı dəyişikliklər, Azərbaycanda müxtəlif xidmətlərin qiymətindəki artım, eləcə də təhlükəsizlik sisteminin yenilənməsində önəmli olan sistemə ümumi yükləmələrin artması, xarici vendorlar tərəfindən xidmətə olan xərclərin artması, xarici lisenziyaların əldə edilməsi ilə şərtləni. Bu xərclərin də ekvivalenti dollar ilə hesablanır.

Qeyd edilir ki, hətta bu halda belə Asan İmza operatoru üçün birinci yerdə istifadəçilərin təklifləri durur ki, bunun əsasında bütün tranzaksiyaların ödənişsiz edilməsi qərara alınmış və bu qərar sayəsində bütün Asan İmza sahibkarları xidmətdən hər hansı bir məhdudiyyət olmadan istifadə edə bilcəklər.

“Bu gün bir çox ölkələr maliyyə və dövlət sistemlərinə kiber təhlükənin sayının artması ilə qarşılaşırlar. Cinayətkarlar bank xidmətinin istifadəçilərinin parollarını sındırır, sosial şəbəkələrdə nəinki adi istifadəçilərin, hətta iri şirkətlərin belə fərdi məlumatları və hesablarının oğurlanması kütləvi şəkildə həyata keçirilir. Arasıkəsilməz diversiyalar və kiber hücumlar şəraitində ölkənin informasiya sistemlərinin təhlükəsizliyinin təmin edilməsi fiziki sərhədlərin qorunmasından daha vacib strateji məsələdir. Asan İmza mobil elektron imza bu şəkildə qorunmanın sərhədlərindən biridir”.