main-post-cover

    ASAN xidmət-in yeni Çağrı mərkəzi açılıb

    10.08.2018
    Bot Lala
    Bu gün Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Çağrı mərkəzinin yeni inzibati ofisinin açılışı olub.
    Technote.az xatırladır ki, 1 fevral 2013- cü il tarixindən fəaliyyətə başlayan Çağrı mərkəzi ASAN xidmət mərkəzlərinin fəaliyyəti ilə bağlı informasiya xidmətinin göstərilməsini, xidmətlərlə bağlı şikayət və təkliflərin qəbul olunmasını həyata keçirir.
    2000 kv.m-ə yaxın sahəni əhatə edən yeni Çağrı mərkəzi Bakı şəhəri, Yasamal rayonu, Abbas Mirzə Şərifzadə küçəsi 157 ünvanında yerləşir. Mərkəzdə 2 xidmət zalı, 8 işçi otağı, 1 müdir otağı, təlim və iclas otaqları, server və istirahət otağı, mətbəx mövcuddur.
    Mərkəz səsboğucu funksiyaları nəzərə alınmaqla masalar, kompyuterlər, zəruri proqram təminatları, qanunvericilik bazası, müraciət edənlər barədə asan və tez məlumat almaq imkanı olan məlumat bazası, qulaqlıq və mikrofon kimi müasir texniki və digər avadanlıqlarla təchiz olunub. Xidmətdə ən son yeniliklər tətbiq olunub, geniş imkanları olan Cisco UCCE telefoniya sistemindən istifadə edilir.
    Xidmət zallarında ümumi olaraq 100 əməkdaşın fəaliyyəti nəzərdə tutulub. Bu günə qədər ümumilikdə 2.500 000-ə yaxın müraciət qəbul olunub. Hazırda 108 Çağrı mərkəzi vasitəsi ilə müraciətlərin qəbulu həftənin bazar ertəsi- cümə günləri saat 10:00-dan 19:00-dək, şənbə günü 10:00-dan 14:00-dək həyata keçirilir.
    Eyni zamanda bayram və istirahət günlərində 24 saat avtomatlaşdırılmış rejimdə səsli məlumatlandırma sistemi vasitəsilə xidmət göstərilir. Respublikanın istənilən regionundan stasionar telefonlardan «108» nömrəsini yığmaqla Çağrı mərkəzinin xidmətlərindən ödənişsiz yararlanmaq mümkündür.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər