main-post-cover

    Asiyanın ticarət şirkəti, süni zəka və robotları işə götürür (VİDEO)

    Elm & Texnologiya
    09.06.2017
    Emil Nəcəfov

    Asiyanın ən böyük ticarət şirkətinin maliyyə şöbəsi, robot və süni zəka üçün vakansiyalar elan edib.

    Aeon” adlı şirkət, kredit kartlarının verilməsi məsələsində adi konsultantları Pepper adlı robotlarla əvəz edəcək və 100-ə yaxın ödəniş terminallarını “IBM” şirkətinin süni zəkası ilə təchiz edəcək. Şirkət, insana bənzər Pepper adlı 30 robotu bu il işə götərəcək. Yaponiyada artıq məşhur olmuş bu robotlar, müştərilərə kredit kartların verilməsi üçün nəzərdə tutulmuş sənədlərin doldurulmasında yardımçı olacaq, sənədlərdəki səhvləri düzəldəcək və müştərilərin suallarına cavab verəcəklər. Bundan əlavə olaraq bu cür robot eyni anda 3 müştəriyə xidmət göstərə bilər. Əvvəllər bu işlə məşğul olmuş işçilər isə şirkətin digər şöbələrində çalışacaqlar. Buna misal olaraq satış şöbəsini gətirmək olar. Bununla yanaşı növbəti 3 il ərzində şirkət, “IBM”in süni zəkasına sahib 100 yeni terminalları müxtəlif bank şöbələrində və ticarət mərkəzlərində quraşdıracaq. Süni zəka, kredit kartı ilə bağlı 700-800 suala cavab verə biləcək. Bu isə öz növbəsində kredit kartı alışında sürətli xidməti yaradacaq və müştəriləri uzun növbələrdən azad edəcək.

    Linki kopyala