main-post-cover

    ASUS 4K keyfiyyətində yeni gaming monitorunu təqdim edib

    Elm & Texnologiya
    31.05.2023
    Farid Pardashunas
        ASUS şirkəti Computex 2023 sərgisi çərçivəsində ROG Swift PG38UQ adlı yeni gaming monitorunu təqdim edib. Təqdim edilmiş bu yeni gaming monitor 144 Hz-lik təsvir yenilənməsinə sahib 4K Ultra HD keyfiyyətli 38 düym Fast IPS ekranla təchiz olunub. Ekranın parlaqlıq səviyyəsi 600 nit təşkil edir. ASUS ROG Swift PG38UQ monitoru HDR, AMD FreeSync Premium Pro NVIDIA G-SYNC texnologiyalarını dəstəkləyir. Monitorun ekranı həmçinin DCI-P3 rəng diapazonunun 98%-ni əhatə edir. Qeyd etmək lazımdır ki, monitorda DisplayPort 1.4 əvəzinə HDMI 2.1 girişinin istifadəsi halında təsvir yenilənməsi 120 Hz təşkil edir. ASUS ROG Swift PG38UQ-nun hansı qiymətə satılacağı barəsində məlumat verilməyib. Onun bu ilin üçün rübündə satışa çıxacağı gözlənilir.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər