main-post-cover

    ASUS qatlana bilən ekrana sahib noutbukunu təqdim edib - QİYMƏTİ

    Elm & Texnologiya
    31.05.2023
    Emil Nəcəfov
        ASUS şirkəti Computex 2023 sərgisi çərçivəsində qatlana bilən ekrana sahib ZenBook 17 Fold OLED adlı yeni noutbukunu təqdim edib. Sözügedən noutbuk daha çox böyük ölçülü qatlana bilən smartfonu xatırladır. Lakin bununla belə o özündə performanslı kompüter imkanlarını birləşdirir. Şirkət sözügedən noutbuk barəsində bəzi məlumatları təqdim edib.
        Beləliklə ZenBook 17 Fold OLED noutbuku 2.5K keyfiyyətli Lumina adlı 17 düym ölçülü sensorlu OLED ekran ilə təchiz olunub. Tam açıq vəziyyətdə ekran gövdə nisbəti 4:3, noutbuk vəziyyətində isə yuxarı hissənin ekran gövdə nisbəti 3:2 təşkil edir. Noutbuk Intel-in 12-ci nəsil prosessoru vasitəsilə çalışır. Onda hansı həcmdə batareyanın olduğu barəsində məlumat verilməsə də qeyd edilib ki, noutbuk bir dəfə şarj olunandan sonra 8 saat ərzində çalışa bilir. Noutbuk Windows 11 vasitəsilə çalışır. O, 3500$ qiymətində satışa çıxacaq.
    Linki kopyala