Logo
    main-post-cover

    'Audi' şirkəti, avtopilot sistemli yeni A8 modelini təqdim etdi (VİDEO)

    Elm & Texnologiya
    12.07.2017
    Emil

    Öz ilk avtomobil sammitində “Audi” şirkəti, yeni A8 modelini təqdim etdi.

    Onun əsas özəlliyi isə 3 səviyyəli avtonom rejimə sahib olmasıdır. Qeyd etmək lazımdır ki, hal hazırda bütün avtomobil istehsalçıları tərəfindən 6 səviyyəli avtonom rejim, vahid olaraq qəbul edilir. 0 səviyyəsi dedikdə ənənəvi avtomobil nəzərdə tutulur. Yəni, sürücü hər şeyi özü idarə etməlidir. 5-ci səviyyədə avtomobil tamamilə avtonom rejimdə çalışır. Yəni, sürücü faktiki olaraq salonun arxa oturacaqlarına keçərək idarəetməni yaddan çıxarda bilər. Belə ki, sistem özü avtomatik avtomobili idarə edəcək. Günümüzdə, aparıcı avtopilot yaradıcıları 3-cü səviyyəni hesaba almayaraq 2-ci səviyyədən birbaşa 4-cü səviyyəyə keçid etmək istəyirlər. Lakin bu səviyyə üzərində hələ çox çalışmaq lazımdır. Bir çoxları 4-cü səviyyə üzərində çalışarkən, “Audişirkəti, 3-cü səviyyə avtonom rejimə sahib yeni A8-i təqdim etdi. 3-cü səviyyə o deməkdir ki, sürücü həmişəki kimi sükan arxasında oturmalı və diqqətli olmalıdır. Lakin bununla yanaşı o, səyahət zamanı Facebook-a nəzər yetirə, ismarıclara cavab verə və ya öz poçt ünvanını yoxlaya bilər.
    Bununla belə sükan arxasında yuxuya getmək kimi bir hal yolverilməzdir. Belə ki, qəliz yol vəziyyəti və ya sistemin nasazlığı halında avtomobil, sürücüdən yola nəzarət etməsini tələb edə bilər. Bu, günümüzdəki vəziyyətlərlə müqayisədə inkişafa doğru böyük addımdır. Lakin vaxtı ikən Elon Musk, 3-cü səviyyə avtonom rejimli avtomobillərin kütləvi istifadəyə verilməsinə qarşı çıxırdı. Onun fikrincə bu halda sürücü, avtonom rejimə tez bir zamanda öyrəşəcək və 3-cü səviyyənin tam avtonom rejim olmadığını unudacaq. O, yola nəzarət etməyin vacib xüsusiyyət olduğunu unudacaq. Bu isə öz növbəsində dəhşətli hadisələrə gətirib çıxarda bilər. Elon Musk da digərləri kimi düşünür ki, ən optimal variant birbaşa 4-cü səviyyəyə keçid etməkdir. Bu halda sürücü, yalnız, sistemin tamamilə sıradan çıxması zamanı yola nəzarət etməyə başlayır. “Audi” öz sisteminə təhlükəsizlik elementləri əlavə edərək 3-cü səviyyənin əsas problemlərini həll etməyə çalışır. Əgər sürücü tamamilə öz fikrini itirsə, onda avtomobil avtomatik olaraq dayanacaq. Əgər 10 saniyəlik vizual və səs siqnallarından sonra sürücü heç bir qərar qəbul etmirsə, onda bu halda da avtomobil dayanır.
     
    Paylaş
    Bənzər xəbərlər