Audi yeni E-Tron GT elektromobilini təqdim edib - QİYMƏTİ

Audi yeni E-Tron GT elektromobilini təqdim edib - QİYMƏTİ

Texnologiya
11.02.2021 PAYLAŞIM

    Audi şirkəti özünün elektromobil seriyasını yeni E-Tron GT adlı model ilə genişləndirib. Sözügedən elektromobil Porsche Taycan platforması əsasında yaradılıb. İki versiyada təqdim edilmiş E-Tron GT elektromobilinin əsas üstünlüyü Overboost rejimində əlavə sürət yığma özəlliyinə sahib diqqətə layiq mühərrik gücündədir. E-Tron GT adını əldə etmiş standart versiya 350 kilovatt gücündə enerji qurğusuna və 470 at gücünə sahibdir. E-Tron GT RS adını əldə etmiş ikinci versiya isə 440 kilovatt gücündə enerji qurğusuna və 590 at gücünə sahibdir.


    Bununla belə Overboost rejimində adi E-Tron GT-nin at gücü 522-yə, E-Tron GT RS-in at gücü isə 637-yə yüksəlir. E-Tron GT modeli saatda 100 km sürəti 4.1 saniyəyə, E-Tron GT RS isə 3.3 saniyəyə yığa bilir. Hər iki elektromobil iki mühərrikli konfiqurasiya əldə edib. Mühərriklər 800 voltluq sürətli enerji yığma texnologiyasına sahib 95 kilovatt gücündə olan batareya vasitəsilə çalışırlar. Şirkətin verdiyi məlumata əsasən 5 dəqiqəlik şarj prosesi sayəsində elektromobil 100 km yol qətt edə bilər. E-Tron GT modeli tam şarj olunandan sonra 383 km, E-Tron GT RS modeli isə 373 km yol qətt edə bilir.

    Elektromobillər LTE Advanced, Wi-Fi texnologiyaları və Here kartoqrafik servisi əsasında naviqasiya sistemi ilə təchiz olunublar. İstifadəçi həmçinin xüsusi mobil tətbiq vasitəsilə elektromobillərin qapılarını və digər funksiyalarını idarə edə bilər. Salonda Audi-nin yeni nəsil əyləncə sisteminə sahib 10.1 düym sensorlu ekran quraşdırılıb. Elektromobillər yaz fəslində Avropada satışa çıxacaqlar. Adi E-Tron GT-nin qiyməti 99.800 avro, E-Tron GT RS-in qiyməti isə 138.200 avro təşkil edəcək.

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Facebook-un ilk smart eynəyi gələn il satışa çıxacaq

Facebook şirkəti insanların ünsiyyətləri üçün nəzərdə tutulmuş ən məşhur tətbiqlərə sahibdir. ..


Toyota şirkəti ABŞ-da və digər ölkələrdə elektrikli avtomobillərə keçid prosesin..

Dünyanın ən böyük avtomobil istehsalçısı olan Toyota şirkəti ABŞ-da və digər ölkələrdə elektrikli av..


Xiaomi bütün gövdəsi ekrandan ibarət yeni nəsil Mi Band X üzərində çalışır..

Xiaomi daxilində bağlı təqdimat keçirilib və həmin təqdimat çərçivəsində yeni nəsil Mi Band qolbağı ..


Kompüter ilə çalışmaq üçün olan beyin interfeysinin insanlar üzərində testinə st..

ABŞ-ın Səhiyyə Nazirliyinin tərkibinə daxil olan FDA agentliyi Synchron şirkətinin neyrointerfeysini..


Snapdragon 898 flaqman prosessoru AnTuTu testində 1.000.000 xal toplama potensia..

Qualcomm şirkəti hələ özünün yeni mobil flaqman prosessorunu təqdim etməyib. Buna baxmayaraq interne..


Keçmiş OnePlus həmtəsisçisinin Nothing adlı yeni brendi ilk naqilsiz qulaqlıqlar..

OnePlus şirkətinin keçmiş həmtəsisçisi Carl Pei bir neçə müddət bundan öncə özünün Nothing adlı yeni..

×