
Avropa BIrliyi təyyarələrdə 5G şəbəkəsinin işə salınmasını planlaşdırır
Elm & Texnologiya
24.11.2022
Emil
Avropa Birliyi təyyarələrdə naqilsiz 5G şəbəkəsinin irimiqyaslı istifadəsinə icazə verməyi planlaşdırır. Bu öz növbəsində sərnişinlərə uçuş zamanı zənglərin yerinə yetirilməsi və müəyyən tezliklərdə məlumatların ötürülməsi imkanını verəcək. Avropa Birliyinin bu qərarı aviaşirkətlərin öz müştərilərinə geniş şəbəkə xidmətlərini təklif etmələrini mümkün edəcək. Bu cür xidmətlərin arasında telefon zəngləri, mətnli mesajlar ilə məlumatların həm göndərilməsi həm də qəbul edilməsi olacaq. Bu ximətlər pico-cell adlı xüsusi şəbəkə təchizatı vasitəsilə təqdim ediləcək. Sözügedən təchizat öz növbəsində təyyarə şəbəkəsini peyk vasitəsilə yerüstü şəbəkə ilə əlaqələndirir.
Paylaş
Bənzər xəbərlər
Ən çox oxunanlar

Samsung Galaxy Watch 8, Watch 8 Classic və Watch Ultra 2025-in render fotoları təqdim edilib
