Reklam
Avropa Birliyi elektron cihazlarda vahid USB Type-C şarj girişinin tətbiq qanununu qəbul edib

Avropa Birliyi elektron cihazlarda vahid USB Type-C şarj girişinin tətbiq qanununu qəbul edib

Texnologiya
08.06.2022 PAYLAŞIM

    Avropa Birliyi artıq uzun illərdir ki, elektron cihazlarda vahid şarj girişinin reallaşdırılmasına nail olmağı planlaşdırırdı. Bunun əsas səbəbi isə ətraf mühitə verilən zərər ilə bağlıdır. Belə ki, elektron cihazların bəziləri müxtəlif standartlı şarj girişi ilə təchiz olunduqları üçün istifadəçilər hər dəfə yeni şarj cihazı almalı olurlar və nəticədə elektron tullantıların sayı daha da artır. Avropa Birliyi regionlarında satılan elektron cihazlarda vahid şarj girişinin reallaşdırılması ilə bağlı olan qanun layihəsi dünən imzalanıb və o, 2024-cü ilin payız fəslindən qüvvəyə minəcək. Bu qanuna əsasən bütün smartfon istehsalçıları Avropa Birliyi regionlarında satılan məhsullarının hamısını USB Type-C girişi ilə təchiz etməli olacaqlar. Qeyd etmək lazımdır ki, sözügedən qanun təkcə smartfonları əhatə etmir.

    Bura həmçinin planşetlər, smart saatlar, rəqəmsal kameralar, qulaqlıqlar və s. cihazlar daxildirlər. Elektron cihazlarda vahid şarj girişinin reallaşdırılması uzun illər ərzində planlaşdırılsa da onun aktiv müzakirəsinə keçən il start verilmişdi. İlkin qiymətləndirməyə əsasən sözügedən qanun vasitəsilə il ərzində 250 milyon avro vəsait qənaət etmək mümkün olacaq. Növbəti mərhələdə Avropa Parlamenti Avropa Şurası bu qanun layihəsini təsdiqləməli olacaqlar və bundan sonra rəsmi bəyanat təqdim ediləcək. Bu qanun layihəsi rəsmi bəyanatdan 20 gün sonra qüvvəyə minəcək. Lakin şirkətlər ona 24 aydan sonra riayət etməli olacaqlar. Qeyd etmək lazımdır ki, sözügedən qanun artıq satışa çıxmış məhsulları əhatə etməyəcək. Bütün istehsalçılar Avropa Birliyi regionlarında satılacaq məhsullarını 2024-cü ilin payız fəslinə kimi USB Type-C standartına keçirtməli olacaqlar.


Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Amazon Alexa hətta vəfat etmiş insanların səsləri vasitəsilə danışa biləcək..

Amazon şirkəti dünən Las Veqasda keçirilmiş Re:Mars adlı konfrans çərçivəsində etik nöqteyi nəzərdən..


Samsung bazardakı ən kiçik piksellərə sahib yeni 200 MP-lik kamera sensorunu təq..

Samsung şirkəti mobil kameralar üçün nəzərdə tutulmuş yeni 200 MP-lik kamera sensorunu təqdim edib...


iPhone 13 Pro Max - kamera testləri - detallı icmal (VIDEO)

Yadınızdadırsa, Apple-ın yeni iPhone 13 seriyası təqdim olunanda hələ Azərbaycana gəlməmiş hər 4 cih..


MediaTek flaqman smartfonlar üçün yeni Dimensity 9000+ prosessorunu təqdim edib..

MediaTek şirkəti flaqman smartfonlar üçün nəzərdə tutulmuş yeni Dimensity 9000+ prosessorunu təqdim ..


Apple yaxın gələcəkdə artırılmış reallıq cihazını təqdim edə bilər..

Apple şirkətinin yaxın gələcəkdə qarışıq reallıq (AR + VR) cihazını satışa çıxardacağı barəsində məl..


Həvəskar blogger PS5-in 20 mm-lik qalınlığa sahib qeyri-rəsmi Slim versiyasını y..

İstifadəçilərin bir hissəsinin PS5-i aldığı, digər hissəsinin isə PS5 Slim ilə PS5 Pro-nu gözlədiyi ..

×