Avropa Birliyi Google şirkətini 1.49 milyard avro dəyərində cərimələdi

Avropa Birliyi Google şirkətini 1.49 milyard avro dəyərində cərimələdi

Texnologiya
21.03.2019 PAYLAŞIM

    Google şirkəti Avropa Birliyində yenidən cərimələndi. Bu dəfəki səbəb isə internet reklamı bazarında ədalətli rəqabət şərtlərinin pozulmasıdır. Bu barədə Gagadget saytı xəbər verib. Bu məsələdə təsadüfün olub-olmamasına baxmayaraq həmin gündə şirkət Android istifadəçiləri üçün yeni qaydaları təqdim edib. Avropa komissiyası (Avropa Birliyinin antimonopoliya orqanı) antimonopoliya qanunvericiliyinin pozulması məsələsinə baxışı yekunlaşdırıb və Google şirkətini 1.49 milyard avro (1.69 milyard dollar) dəyərində cərimələyib. Bu isə şirkətin keçən ilki gəlirinin 1.29%-dir. Bunun əsas səbəbi ədalətsiz rəqabət və digər rəqibləri məhdudlaşdıran AdSense servisi olub.

    “Google şirkəti online reklam bazarında öz hegemon vəziyyətini bərkidərək və üçüncü saytlarla antirəqabət müqavilələr bağlayaraq özünü sağlam rəqabətdən qoruyub” – deyə Avropa komissiyası bildirib. Həmçinin məlumatda qeyd olunub ki, bütün bunlar son 10 il ərzində davam edib. Bütün bu müddət ərzində şirkət Avropa Birliyində və bütün dünyada internet reklamı bazarının inkişafını məhdudlaşdırıb. Qeyd etmək lazımdır ki, bu, Google şirkətinin Avropa Birliyi tərəfindən üçüncü cəriməsidir. Bir neçə il ərzində Google şirkəti axtarış sistemləri bazarındakı vəziyyətinin sui-istifadəsinə görə 2.7 milyard dollar və Android smartfonlarda öncədən quraşdırılmış tətbiqlərin məhdudlaşdırılmasına görə 5 milyard dollar dəyərində cərimə əldə edib.

Bənzər xəbər


    Google şirkətinin hüquq məsələləri üzrə baş vitse-prezidenti Kent Walker məsələ ilə bağlı bəyanat verib və bildirib ki, şirkət yaxın zamanda Avropadakı Android istifadəçilərinə seçim imkanı verəcək. Belə ki, istifadəçilər rəqiblərin alternativ tətbiqlərini, servislərini və o cümlədən axtarış sistemlərini və brauzerləini seçə biləcəklər. “Android əməliyyat sistemli smartfonlarda siz istənilən zaman smartfonun satışa çıxmasından öncə ona quraşdırılmış standart axtarış sistemini və brauzerini digər alternativə dəyişə biləcəksiniz” – deyə Kent Walker bildirib. Yəni seçim imkanı təkcə yeni smartfon istifadəçilərində deyil həm də bütün Android istifadəçilərinə aid ediləcək. Bu yeni qaydaların nə zaman qüvvəyə minəcəyi barəsində heç bir məlumat yoxdur. Lakin bunun yaxın bir neçə ay ərzində baş verəcəyi dəqiqdir.

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Huawei: 'Dünyada olan prosessor çatışmazlığı probleminin səbəbi ABŞ sanksiyaları..

Son zamanlarda dünyada mikrosxem çatışmazlığı problemi yaşanır. Bu isə öz növbəsində məhsulların qiy..


Apple növbəti təqdimat tədbirinin keçirilmə tarixini elan edib

Dünən internetdə Apple şirkətinin növbəti təqdimat tədbiri barəsində məlumat ortaya çıxmışdı. ..


2023-cü ildə Dubayda pilotsuz taksilər istifadəyə veriləcək (VİDEO)

Dubay şahzadəsi Hamdan bin Mohammad öz Twitter hesabında bildirib ki, yaxın gələcəkdə şəhər yolların..


Google Chrome brauzerinə çox faydalı multimedia funksiyası əlavə ediləcək..

Google Chrome-un test versiyasında Youtube-dan daha çox istifadə edənlər üçün faydalı funksiya reall..


Türkiyə Ay missiyası üçün nəzərdə tutulmuş hibrid raket mühərrikinin uğurlu test..

Türkiyə Ay missiyası üçün nəzərdə tutulmuş hibrid raket mühərrikinin uğurlu testini reallaşdırıb...


Yeni naqilsiz neyrointerfeys fikir gücü vasitəsilə planşetdən istifadə etməyə im..

Alimlərdən ibarət komanda beyin siqnallarının naqilsiz ötürülməsi imkanını verən yeni neyrointerfeys..

×