main-post-cover

    Avropa Birliyi ictimai yerlərdə üz tanıma sistemlərinin istifadəsinə 5 illik qadağa qoya bilər

    Elm & Texnologiya
    22.01.2020
    Farid Pardashunas
        Avropa komissiyası ictimai yerlərdə üz tanıma sistemlərinin tətbiq edilməsi qaydalarına yenidən nəzər yetirməyi və məhdudlaşdırmağı planlaşdırır. Bu barədə XDA-Developers saytı xəbər verib. Qeyd etmək lazımdır ki, üz skanı texnologiyasına sahib videokameralar bir çox ölkələrdə istifadə edilir. Bu texnologiyadan ən çox istifadə edilən ölkə isə Çindir.
        Daha öncədən fantastik antiutopik kitablarda rast gəlinən bu izlənmə üsulu artıq qorxunc reallığa çevrilir. Sözügedən problem isə həmçinin Avropa komissiyasını da narahat edir. Belə ki, Avropa komissiyasının üzvləri bu məsələ ilə bağlı 18 səhifəlik sənəd hazırlayıblar. Həmin sənəddə mövcud olan konfidensiallıq qanunlarına yenidən baxış, ola biləcək dəyişikliklər və risklərin monitorinqi üçün xüsusi qrupun yaradılması əks olunub.
        Avropa komissiyası müasir üz tanıma sistemlərinin dəqiqsizlik məsələsində reformların keçirilməsini istəyir. Bundan əlavə olaraq komissiyanın fikrincə bu cür sistemlər insanın şəxsi həyat hüquqlarını pozur. Ön tədbir qismində ictimai yerlərdə üz tanıma sistemlərindən istifadənin 5 illik qadağası qərarının verilməsi planlaşdırılır.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər