Avropa Birliyi ictimai yerlərdə üz tanıma sistemlərinin istifadəsinin ləğvindən imtina etdi

Avropa Birliyi ictimai yerlərdə üz tanıma sistemlərinin istifadəsinin ləğvindən imtina etdi

Texnologiya
13.02.2020 PAYLAŞIM

    Yanvar ayında məlum olmuşdu ki, Avropa komissiyası ictimai yerlərdə üz tanıma texnologiyalarının istifdəsinin 5 il ərzində qadağan edilməsini nəzərdən keçirdir. O müddətə kimi ki, bu məsələdə vahid bir həll yolu tapılsın. Bu təklif süni zəka onun hüquq-mühafizə orqanlarına verdiyi imkanların müzakirəsi zamanı təqdim edilmişdi. İstisnalar qismində tədqiqat layihələri və təhlükəsizliyin təmin olunması tədbirləri çıxış edə bilərdilər.

    Süni zəka barəsində olan sənədin yeni layihəsində insanların üz tanıma texnologiyalarının istifadəsi üçün nəzərdə tutulmuş qadağa aradan qaldırılıb. Bu barədə Engadget saytı xəbər verib. Bunun yerinə Avropa komissiyası Avropa Birliyinə üzv olan ölkələrə bu məsələdə öz qaydalarını təyin etməyi təklif edib. Risklərin qiymətləndirilməsi üçün isə mütəxəssislərdən ibarət müstəqil qruplar yaradılmalıdır.


    Məlumata əsasən qanunvericiliyin tərtib olunması zamanı verilmiş moratorium insan hüquqlarının qorunmasını dəstəkləyir, təhlükəsizliyin təmin olunmasında maraqlı olan kənar müşahidəçilər isə buna qarşı çıxırdılar. Bütün dünya üzrə olan nizamlayıcılar və rəsmi şəxslər şübhə və tənqid yaradan üz tanıma sistemləri məsələsinə aydınlıq gətirməyə çalışırlar. San Fransiskoda bu texnologiyalar məhdudlaşdırılmış qadağa altına düşüblər. İngiltərə parlamentində də bu məsələ müzakirə olunsa da sonradan ləğv edilib. 

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Vivo şirkəti FlashCharge adlı 120 vatt gücündə sürətli şarj texnologiyasını təqd..

Vivo şirkəti iQOO brendi altında yeni sürətli şarj texnologiyasını təqdim edib. Yeni texnologiya Fla..


Apple şirkəti AR eynəklərin hazırlanmasında yeni mərhələyə keçid edib

Apple və Foxconn şirkətləri birgə artırılmış reallıq cihazının yaradılması məsələsində əsas məqama ç..


Apple yeni MacBook klaviaturalarında RGB işıqlar istifadə edə bilər

Sızdırılan yeni patentə görə Apple yeni MacBook klaviaturalarında RGB işıqlar istifadə edə bilər...


Elon Musk: 'Neuralink-in yeni neyrointerfeysi möhtəşəmdir' - Şirkətin növbəti tə..

Elon Musk-ın beyin implantlarının hazırlanması ilə məşğul olan gizli Neuralink şirkəti gələn ay təqd..


Intel yeni Thunderbolt 4 protokolunu təqdim etdi: Komputerlərə 8K ekran dəstəyi ..

Intel şirkəti Thunderbolt portu üçün yeni Thunderbolt 4 protokolunu təqdim etdi.


5G şəbəkəsinin canlı orqanizmə ciddi təsir edib-etməməsi üzrə tədqiqat aparılıb..

Mütəxəssislər arasında 5G mobil şəbəkəsinin təhlükəsizliyi barəsində yekun bir fikir hələ də yoxdur...

×