Avropa Birliyi istehsalçıları çıxarıla bilən batareyaları smartfonlara geri qaytarmağa məcbur etmək istəyir

Avropa Birliyi istehsalçıları çıxarıla bilən batareyaları smartfonlara geri qaytarmağa məcbur etmək istəyir

Texnologiya
21.12.2022 PAYLAŞIM

    Avropa Birliyi son zamanlarda mobil cihazlar bazarına ciddi təsir göstərəcək vacib qərarlar qəbul edib. Hələ bir neçə ay bundan öncə Avropa Birliyi tərəfindən qəbul edilmiş yeni qanuna əsasən 2024-cü ilin sonundan başlayaraq Avropa Birliyi regionunda satılacaq bir çox elektron cihaz USB Type-C girişi ilə təchiz olunmalıdır. Bu cür cihazlara smartfonlar, planşetlər, naqilsiz qulaqlıqlar, rəqəmsal kameralar, portativ oyun konsolları və s. daxildir. Bununla yanaşı Avropa Birliyində böyük texnoloji şirkətlərin platformalarında kənar tətbiq mağazalarından istifadənin mümkünlüyü də müzakirə edilir. Verilmiş yeni məlumata əsasən isə Avropa Komissiyası şirkətləri öz məhsullarını çıxarıla bilən batareyalar ilə təchiz etməyə məcbur etmək istəyir.


    Bu yeni qanun layihəsinin sənədi smartfonların və digər elektron cihazların bəzi özəlliklərini nizamlayır. Bununla yanaşı yeni qanun layihəsi həmçinin elektrik enerjisi vasitəsilə çalışan nəqliyyat sahəsini və istənilən ölçüdə olan istehlak batareyalarını əhatə edir. Belə ki, bu qanun layihəsinə əsasən batareyaların çıxarılması və dəyişdirilməsi prosesi elə bir səviyyədə olmalıdır ki, istifadəçi onu fərdi şəkildə yerinə yetirə bilsin. Əgər bu qanun layihəsi hal hazırda sahib  olduğu tərkib hissəsi ilə birlikdə qəbul edilsə, istehsalçılara öz məhsullarında müvafiq dəyişikliklərin reallaşdırılması üçün 3.5 il vaxt təqdim ediləcək. Bu məsələdə böyük çətinliklərlə qatlana bilən smartfonların istehsalı ilə məşğul olan şirkətlər qarşılaşa bilərlər.

    Belə ki, qatlana bilən smartfonlar heç də sadə gövdə konstruksiyasına sahib deyillər. Qatlana bilən smartfonlarda batareyalar adətən gövdənin müxtəlif yerlərində yerləşirlər. Ənənəvi smartfonlarda isə batareyanın dəyişdirilməsi prosesi nisbətən sadədir. Məsələn Samsung şirkəti Galaxy Xcover 6 Pro smartfonunu çıxarıla bilən batareya ilə təchiz edir. Bununla belə sözügedən smartfon IP68 standartı üzrə sudan qorunma özəlliyinə sahibdir. Avropa Birliyi nümayəndələri həmçinin batareya üzərində onun həcmi, çalışma müddəti, kimyəvi tərkibi və emal edilmə üsulu barəsində məlumatların yerləşdirilməsini də müzakirə edirlər. Məlumatda qeyd edilib ki, sözügedən yeni qanun layihəsinin əsas məqsədi ətraf mühiti qorumaqdır. 

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Apple şirkətinin ilk qarışıq reallıq (AR + VR) cihazının unikal özəllikləri barə..

Bloomberg saytının məşhur insayderi Mark Gurman-ın sözlərinə əsasən Apple şirkəti öz ilk qarışıq rea..


Xiaomi-nin ilk elektromobilinin dizayn özəllikləri sərgilənib

Xiaomi şirkəti öz ilk elektromobili barəsində istənilən məlumatı hələ ki, sirr olaraq saxlayır...


OnePlus-ın ilk mexaniki klaviaturasının fotosu təqdim edilib

91mobiles saytı OnePlus şirkətinin ilk mexaniki klaviaturasının fotosunu əldə edib və onun barəsində..


Samsung iki istiqamətdə qatlana bilən yeni ekranını sərgiləyib

Samsung-un tərkibinə daxil olan Samsung Display şirkəti Flex In & Out adlı yeni qatlana bilən ek..


Apple HomePod 2 smart səsgücləndiricisini təqdim edib - QİYMƏTİ

Apple şirkəti HomePod adlı smart səsgücləndiricisinin ikinci versiyasını təqdim edib.


Tesla-nın 2016-cı ildəki avtopilot sistemi videosu tamamilə quraşdırılma imiş (V..

Tesla şirkəti 2016-cı ildə Model X elektromobili ilə bağlı reklam videosu təqdim etmişdi.

×