Avropa Birliyi regionundakı ictimai yerlərdə üz skanı sistemləri tamamilə qadağan ediləcək

Avropa Birliyi regionundakı ictimai yerlərdə üz skanı sistemləri tamamilə qadağan ediləcək

Texnologiya
29.06.2021 PAYLAŞIM

    Məlumatların Qorunması üzrə Avropa İnspektoru (EDPS) və Məlumatların Qorunması üzrə Avropa Şurası (EDPB) süni zəka əsaslı biometrik sistemlər barəsində birgə hesabatı təqdim ediblər. Sözügedən nizamlayıcı orqanlar istənilən ictimai yerdə (özəl mağazalardan tutmuş futbol stadionlarına kimi) insanların avtomatik üz skanı sistemlərinin tamamilə qadağan edilməsinin tərəfdarıdırlar. EDPS və EDPB təmsilçilərinin fikirlərinə əsasən biometrik identifikasiya sistemləri son dərəcə yüksək risklər yaradırlar.

    Buna görə də bu cür sistemlər nə dövlət nə də özəl sektorda istifadə edilə bilməzlər. Bu barədə Techcrunch saytı xəbər verib. “İctimai yerlərdə biometrik identifikasiya sistemlərinin istifadəyə verilməsi həmin yerlərdə anonimliyin yoxa çıxması deməkdir. Real zaman ərzində üzlərin təyin edilməsi üçün istifadə olunan tətbiqlər təməl hüquqları və azadlığı elə dərəcədə pozurlar ki, nəticədə həmin hüquqular ilə azadlığın mahiyyəti şübhə altına düşür” - deyə EDPS və EDPB təmsilçiləri bildiriblər.


Məlumata əsasən EDPB Avropa Birliyi daxilində konfidensiallıq qaydalarının razılaşdırılmış tətbiqini təmin edir. EDPS isə öz növbəsində Avropa Birliyi qurumlarının məlumatların qorunması qanununa riayət etmələrinə nəzarət edir.

    Bununla yanaşı EDPS Avropa Komissiyası üçün qanunvericilik tövsiyyələrinin təqdim edilməsi ilə də məşğul olur. Bu ilin aprel ayında hər iki qurum biometrik identifikasiya texnologiyalarının Avropa Birliyi daxilində məhdudlaşdırılmasını tələb edirdi. İndi isə qurumlar öz qərarlarına yenidən nəzər yetiriblər. Əgər əvvəllər EDPB və EDPS bu cür sistemlərin ciddi şəkildə nəzarətdə saxlanılmasını tələb edirdilərsə, indi onların fikirlərinə əsasən bu cür texnologiyalar istənilən ictimai yerlərdə heç bir qeyd-şərt olmadan tamamilə qadağan edilməlidirlər. Nizamlayıcı orqanların fikirlərinə əsasən biometrik identifikasiya sistemlərindən ola biləcək potensial zərərlərin qarşısını almaq üçün qanunverici və hüquq-mühafizə orqanları xüsusi infrastruktur yaratmalıdırlar. Bəzi hallarda bu mümkün olmaya bilər.

Buna görə də yalnız bir çıxış yolu qalır: Bu cür sistemlərin yaradıcılarının məqsədlərindən asılı olmayaraq onların tamamilə qadağan edilməsi.

    Nizamlayıcı orqanlar düşünürlər ki, təsvir edilmiş texnologiyalar ilə bağlı artıq qəbul edilmiş qanun layihələri aydınlaşdırılmalıdır. Hal hazırda qanun sistemi süni zəka tərəfindən ola biləcək imkanları və təhlükələri tam həcmdə təsvir edə bilmir. Biometrik identifikasiya texnologiyalarının qadağası ilə yanaşı nizamlayıcı orqanlar həmçnin insanları etnik mənşəyə, cinsə, siyasi və seksual orientasiya və s. kimi göstəricilər əsasında qruplara ayıran texnologiyaların da qadağan olunmasını tələb edirlər. Bundan əlavə olaraq bu qanun layihəsi Çində və digər Asiya ölkələrində artıq tətbiq olunan sosial reytinq sistemlərinin analoqlarından imtina edilməsini də hədəfləyib. Üzlərin skan texnologiyaları əsasında hazırlanmış ikinci dərəcəli məhsullar da məhdudlaşdırılmalıdır

    Söhbət, əsasən insanın fiziki və emosional vəziyyətini analiz edən texnologiyalardan gedir. Bu cür süni zəka əsaslı texnologiyalar bəzi istisna halları çıxmaq şərtilə tamamilə qadağan edilməlidir. Məsələn əgər xəstəxanada pasient bu cür texnologiyanın istifadəsinə razı olarsa, həkimlər ondan tibbi məqsədlər üçün istifadə edə bilərlər. EDPB və EDPS həmçinin ictimai yerlərdə istifadə olunmayan süni zəka əsaslı sistemlər üzərində nəzarətin təmin olunmasını da istəyir. Nizamlayıcı orqanların təmsilçiləri bildiriblər ki, Süni Zəka üzrə Avropa Şurası (EAIB) biometrik sistemləri idarə edə bilməz. Belə ki, Avropa Şurasının özü Avropa ərazisində müəyyən siyasi rola sahibdir. EDPB və EDPS bu cür sistemlər üzərində nəzarətin avtonom dövlət orqanına ötürülməsini təklif edir.

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Çində kriptovalyutalar ilə bağlı bütün tranzaksiyalar qadağan olunub

Çin Xalq Bankı kriptovalyutalarla bağlı olan istənilən tranzaksiyaların qanunsuz və qadağan olduğunu..


Avropa Komissiyası bütün cihazların şarjları üçün USB Type-C-ni vahid standarta ..

Gözlənildiyi kimi Avropa Birliyinin icraçı orqanı olan Avropa Komissiyası smartfon və digər elektron..


Apple şirkətinin AR cihazı barəsində yeni məlumatlar verilib

iPhone 13-ün təqdimatından sonra Apple şirkəti çoxlu sayda tənqidə məruz qaldı. Lakin verilmiş yeni ..


Avropa Birliyi smartfonlar üçün şarj cihazlarının vahid standartını hazırlayır: ..

Avropa komissiyası sabah smartfonlar, planşetlər və qulaqlıqlar üçün nəzərdə tutulmuş şarj cihazları..


İnsayderlər Apple A16 Bionic prosessoru barəsində ilkin məlumatları veriblər..

Mütəxəssislərin fikirlərinə əsasən iPhone 13 modellərində istifadə olunan Apple A15 Bionic prosessor..


SpaceX-in Inspiration4 adlı mülki missiyası uğurla yekunlaşıb

Inspiration4 adlı mülki missiya çərçivəsində istifadə edilmiş Crew Dragon kosmik gəmisi uğurla Atlan..

×