Avropa, ilk quru əsaslı karbon tutma və saxlama qurğusunu tikir!
Elm & Texnologiya
21.08.2024
Farid Pardashunas
Avropa Birliyinin ilk quru əsaslı karbon dioksidi (CO2) tutma və saxlama qurğusu üçün düyməyə basılıb. Layihə çərçivəsində planlaşdırılan obyektin Fransada qurulacağı açıqlanıb.
Cari birbaşa hava tutma həlləri çox enerji sərf edir və tutduqlarından daha çox CO2 buraxa bilirlər. Bundan əlavə, miqyasın artırılması zamanı xərc maneələri yaranır. Bu sistemlər, müntəzəm olaraq dəyişdirilməli olan həlledicilərə və sorbentlərə əsaslanır və potensial sağlamlıq və təhlükəsizlik riskləri yaradır.
Lakin RepAir həlli yalnız elektrik və istilikdən istifadə etməklə enerji istehlakını 70% azaldır. Bununla birlikdə şirkətlər, ələ keçirdikləri karbonun duzlu su qatları kimi yeraltı geoloji birləşmələrdə saxlanılacağını və bununla da mümkün təhlükəsizlik problemlərinin aradan qaldırılacağını bildirirlər. Digər tərəfdən, layihə torpaq əsaslı olduğundan, o, baha başa gələn dəniz infrastrukturu tələb etmir və buna görə də proses ucuzlaşır. C-Questra-nın quruda CO2 saxlama sahəsinin inkişafı üçün müraciət etdiyi layihə, Fransanın şimalında, Paris yaxınlığında yerləşəcək.
Edilən açıqlamalara görə, planlaşdırılan obyekt 2030-cu ilə qədər hər il 100.000 ton CO2-ni aradan qaldıracaq. Daha maraqlısı isə odur ki, onlar 2035-ci ilə qədər meqatonlara çatmaq potensialını əldə etmək istəyirlər. RepAir Carbon-a görə, onların texnologiyası rəqiblərindəki 2.5 MVt-lıq miqyasla hər ton CO2 üçün cəmi 0.6 MVt/saat istifadə edir.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
NASA, karbon qazının necə yayıldığını simulyasiya edən video paylaşıb!
NASA, karbon qazının necə yayıldığını simulyasiya edən video paylaşıb!
NASA, Yerdən atılan və atmosferdə fırlanan çoxlu miqdarda karbon qazını göstərən yeni animasiya yayımlayıb. Video, CO2-nin külək və atmosfer sirkulyasiyası ilə necə hərəkət etdiyini göstərir.
Atmosferdəki CO2 qazının emalı üçün nəzərdə tutulmuş ən böyük zavod işə salınıb
Atmosferdəki CO2 qazının emalı üçün nəzərdə tutulmuş ən böyük zavod işə salınıb
İslandiyada Mammoth adlı zavod istifadəyə verilib. Bu, havadakı CO2 qazının filtrasiyası üçün nəzərdə tutulmuş ən böyük sənaye zavodudur.
Həftənin xəbərləri
6 yaşlı uşağın 17 həkim tərəfindən çarə tapıla bilməyən xəstəliyini süni intellekt həll edib!
Kvant fizikasında inqilab: maddənin yeni aqreqat halı kəşf edilib!