Avropa komissiyası Google şirkətini 4.3 milyard avro dəyərində cərimələdi

Avropa komissiyası Google şirkətini 4.3 milyard avro dəyərində cərimələdi

Texnologiya
18.07.2018 PAYLAŞIM

    Avropa komissiyası Google şirkətinin daxil olduğu Alphabet korporasiyasını 4.3 milyard avro dəyərində cərimələyib. Bunun səbəbi isə şirkətin monopoliya sahəsindəki qanunvericiliyi pozmasındadır. New York Times-ın verdiyi məlumata əsasən bu məbləğ antimonopoliya sahəsində ən böyüyüdür. Komissiya qərar verib ki, Google şirkəti Android əməliyyat sistemi əsasında çalışan smartfonlar bazarındakı hegemonluğundan  istifadə edərək öz axtarış sisteminin inkişafına nail olub. Komissiyanın tədqiqatında deyilir ki, şirkət öz smartfonlarına məşhur axtarış sistemini və Chrome brauzerini inteqrasiya edən istehsalçılara pul ödəyib.

    Beləliklə Google 90 gün ərzində komissiyanın şərtlərini yerinə yetirməlidir. Əks halda o, digər cərimələri də ödəməli olacaq. Google isə öz növbəsində komissiyanın qərarını appelyasiya məhkəməsinə verə bilər. Lakin 1 il bundan pncə şirkət eyni üsul ilə komissiyanın fikrini dəyişə bilməmişdi. Həmin vaxtda cərimə məbləği 2.4 milyard avro təşkil etmişdi. Mütəxəssislərin fikrincə 4 milyard avronun itirilməsi şirkətin işinə heç bir təsir göstərməyəcək. Belə ki, şirkət hər 16 gündən bir bu cür məbləğdə gəlir əldə edir. Hələ 2017-ci ildə şirkət təkcə Avropada rəqəmsal reklamın satılması üzərindən 25 milyard avro gəlir əldə etmişdi.

Bənzər xəbər


Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Blue Origin şirkəti kosmik turistlər üçün olan New Shepard raketinin son uçuş te..

Jeff Bezos-un aerokosmik şirkəti olan Blue Origin özünün New Shepard adlı raketinin final uçuş testi..


NASA-nın yeni aparatının Aya çatdırılması SpaceX şirkətinə həvalə edilib..

NASA-nın Ay səthi üçün nəzərdə tutulmuş yeni aparatı (moon rover) Yer kürəsinin peykinə Falcon Heavy..


Huawei: 'Dünyada olan prosessor çatışmazlığı probleminin səbəbi ABŞ sanksiyaları..

Son zamanlarda dünyada mikrosxem çatışmazlığı problemi yaşanır. Bu isə öz növbəsində məhsulların qiy..


Apple növbəti təqdimat tədbirinin keçirilmə tarixini elan edib

Dünən internetdə Apple şirkətinin növbəti təqdimat tədbiri barəsində məlumat ortaya çıxmışdı. ..


2023-cü ildə Dubayda pilotsuz taksilər istifadəyə veriləcək (VİDEO)

Dubay şahzadəsi Hamdan bin Mohammad öz Twitter hesabında bildirib ki, yaxın gələcəkdə şəhər yolların..


Google Chrome brauzerinə çox faydalı multimedia funksiyası əlavə ediləcək..

Google Chrome-un test versiyasında Youtube-dan daha çox istifadə edənlər üçün faydalı funksiya reall..

×