Avropa komissiyası Qualcomm şirkətini 242 milyon avro dəyərində cərimələdi

Avropa komissiyası Qualcomm şirkətini 242 milyon avro dəyərində cərimələdi

Texnologiya
19.07.2019 PAYLAŞIM

    Avropa komissiyası Qualcomm şirkətinin 2009-cu ildə 3G bazarındakı dominantlığından suistifadə etdiyinə görə şirkəti 242 milyon avro dəyərində cərimələyib. Bu barədə Gagadget saytı xəbər verib. 2015-ci ildən bəri aparılmış istintaq çərçivəsində sübut etmək mümkün olub ki, Qualcomm şirkəti Huawei ilə ZTE şirkətlərinə özünün UMTS (Universal Mobile Telecommunications System) texnologiyalarının qiymətlərində dempinq edibmiş. Bu üsul ilə Qualcomm şirkəti bazardakı mövqeyini gücləndirmiş və Nvidia şirkətinin strukturuna daxil olan Icera şirkəti ilə rəqabəti aradan qaldırmışdı. Bütün bu proseslər 2009-2011-ci illər üzrə baş vermişdi.

    “Qualcomm-un strateji qərarı bazardakı rəqabəti və innovasiyanı zəiflədərək istehlakçıların böyük tələbat ilə potensiala sahib innovasiyalı texnologiyalar sahəsindəki seçimlərini məhdudlaşdırıb. Bunun isə Avropa Birliyinin antimonopoliya qaydalarına zidd olması ilə əlaqədar olaraq biz Qualcomm-u 242 mlyon avro dəyərində cərimələdik” - deyə rəqabət məsələləri üzrə avropalı komissar Margrethe Vestager bildirib. Bu cərimə vəsaiti Qualcomm şirkətinin 2018-ci ildəki gəlirinin 1.27%-ni təşkil edir. İndi isə həmin hadisə yenidən təkrarlanır. Lakin bu dəfə 5G şəbəkəsi sahəsində. Bu dəfə Huawei ilə ZTE şirkətlərinin yerində Apple ilə Samsung şirkətləri durur. Icer-in yerində isə Intel şirkəti durur.

Bənzər xəbər


Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Blue Origin şirkəti gələn ay olacaq ilk kosmik turistik uçuşa əlavə sərnişin yer..

Jeff Bezos-un Blue Origin şirkəti kosmosa ilk özəl uçuş missiyası üçün əlavə sərnişin yerini 28 mily..


NASA agentliyi astronavtları Aya yollayacaq yeni raketini sərgiləyib

NASA agentliyi ilk dəfə olaraq özünün Space Launch System (SLS) adlı raketlərini sərgiləyib...


Facebook-un ilk smart saatı barəsində yeni məlumatlar verilib

İnsayderlər Facebook şirkətinin ilk smart saatı barəsində yeni məlumatları veriblər.


Məşhur analitik Apple şirkətinin AR cihazının nə zaman təqdim olunacağını açıqla..

WWDC 2021 konfransından sonra məşhur analitik Ming-Chi Kuo, Apple şirkətinin öz artırılmış reallıq c..


Amazon-un yaradıcısı Jeff Bezos yaxın zamanda kosmosa yollanacaq

Amazon şirkətinin təsisçisi Jeff Bezos heç gözlənilmədən kosmosa uçmaq planını elan edib...


Çin Kosmik Stansiyasının yeni növ mühərriklər vasitəsilə çalışacağı məlum olub..

Yer kürəsinin orbitində yığılmasına start verilmiş Çin Kosmik Stansiyası barəsində yeni məlumatlar o..

×