Logo
    main-post-cover

    Avropa Kosmik Agentliyi 2040-cı ilə qədər kosmosun mənimsənilməsi planını açıqlayıb

    Elm & Texnologiya
    23.06.2025
    Emil
         Avropa Kosmik Agentliyi (ESA) “TECHNOLOGY 2040: A VISION FOR THE EUROPEAN SPACE AGENCY” adlı sənədi yayımlayıb. Bu sənəd ESA-nın ətraflı planıdır və orada 2040-cı ilə qədər Avropanın kosmosda inamla fəaliyyət göstərə bilməsi üçün artıq bu gündən inkişaf etdirilməli olan texnologiyalar təsvir olunub - AyMarsın araşdırılması, daha ucuz raketlərin buraxılması, peyklərin qorunması və Yer kürəsindəki iqlimin izlənilməsi. Plan hər şeyi əhatə edir. Pilotlu missiyalardan tutmuş kosmik tullantıların təkrar emalına qədər. Əsas məqsədlər 5 istiqamət üzrə toplanıb. Birinci istiqamət: Ay və Mars. Burada diqqət robotlar, həyatın təminatı sistemləri və resursların yerindəcə çıxarılması üzərində cəmlənib.
         İkinci istiqamət: Yerə nəzarət. ESA, iqlimi daha yaxşı başa düşməyə və təbii fəlakətləri əvvəlcədən aşkar etməyə kömək edəcək yeni peyklərə üstünlük verir. Üçüncü istiqamət: Fundamental elm - zondlar, teleskoplar, qara dəliklərin ekzoplanetlərin öyrənilməsi. Dördüncü istiqamət: Kosmosa daha əlçatan çıxış - çoxistifadəli raketlər və daha az yanacaq sərfiyyatı. Beşinci istiqamət: Təhlükəsizlik - tullantılardan, kibertəhlükələrdən və texniki nasazlıqlardan müdafiə. Bütün bunların mümkün olması üçün yeni texnologiyalar tələb olunur. Məsələn, Yer kürəsindən dəstək olmadan kosmik aparatları idarə edə bilən avtonom sistemlər və süni zəka, bazalar inşa etməyə və araşdırmalar aparmağa qadir robotlar, uzaq məsafələrə uçuşlar üçün elektrik və nüvə mühərrikləri. Həmçinin qabaqcıl batareyalar və kompakt enerji mənbələri vacibdir.
         Kosmos şəraitində işləyə biləcək yüngül və dayanıqlı materiallar da xüsusi əhəmiyyət daşıyır. Digər planetlərdə qurğuların birbaşa yerində yığılması üçün 3D çap texnologiyası da önəmlidir. Rabitə sahəsində isə radiodalğalardan lazer əlaqəsinə keçid planlaşdırılır. Lazer daha sürətlidir və daha çox məlumat ötürə bilir. Bu, xüsusilə uzaq missiyalar üçün mühümdür. İnsan üçün isə inkişaf etmiş həyat təminatı sistemləri vacibdir. Hər şey qapalı dövriyyədə işləməlidir. Tullantıların təkrar emalı, avtonom ərzaq istehsalı və radiasiyadan qorunma. ESA bütün bu texnologiyaları mərhələli şəkildə inkişaf etdirməyi planlaşdırır. Əvvəl tədqiqat, sonra sınaqlar və daha sonra real missiyalarda tətbiq. Bu proses təkbaşına aparılmır. İşə özəl şirkətlər, universitetlər və digər kosmik agentliklər də cəlb olunub.
    Paylaş