main-post-cover

    Avropa Şurası elektron cihazların vahid USB Type-C girişinə sahib olmalarına dair qanunu sonunda təsdiqlədi

    Elm & Texnologiya
    25.10.2022
    Farid Pardashunas
        Verilmiş rəsmi məlumata əsasən dünən Avropa Şurası USB Type-C girişinin Avropa Birliyi regionunda satılacaq bütün elektron cihazlar üçün vahid şarj girişi olması ilə bağlı olan qanunu sonunda təsdiqləyib. Beləliklə Avropa Birliyində satılacaq smartfonlar, planşetlər, qulaqlıqlar və s. elektron cihazlar təsdiqlənmiş bu qanun vasitəsilə USB Type-C girişinə sahib olacaqlar. Elektron cihazların vahid şarj girişi ilə təchiz olunmaları ilk növbədə istehlakçılar üçün rahat olacaq. Belə ki, onlar yeni cihazların alınması zamanı ayrıca olaraq şarj cihazları əldə etməli olmayacaqlar.
        Bundan əlavə olaraq bu yeni qanun Avropa Birliyi regionunda elektron tullantıların aşağı salınmasına imkan verəcək. Verilmiş məlumata əsasən ümumi elektron tullantılarının 11 000 tonu məhz müxtəlif növ şarj cihazlarının üzərinə düşür. Avropa Şurası tərəfindən təsdiqlənmiş yeni qanun bütün elektron cihazlarda USB Type-C girişinin istifadəsini məcbur edir. Həmçinin alıcılar bu və ya digər cihazı aldıqları zaman onun qutusunda şarj cihazının olub-olmadığı barəsində məlumatı və şarj cihazının olduğu halda onun özəllikləri barəsində məlumatları əldə edəcəklər. Avropa Birliyinin USB Type-C ilə bağlı qanunu əhatə edir:
    - Mobil telefonları və smartfonları
    - Planşetləri və elektron kitabları
    - Rəqəmsal kameraları və oyun konsollarını
    - Müxtəlif növ qulaqlıqları və naqilsiz səsgücləndiriciləri
    - Naqilsiz mouse-ları və klaviaturaları
    - Portativ naviqasiya sistemlərini. 
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər