Reklam
Avropada smartfonlar üçün holoqrafik videozəng texnologiyası hazırlanır

Avropada smartfonlar üçün holoqrafik videozəng texnologiyası hazırlanır

Texnologiya
23.09.2022 PAYLAŞIM

    Deutsche Telekom, Orange, Telefonica Vodafone mobil operatorları holoqram formatında videozənglərin yaradılması üzrə Matsuko adlı texnoloji şirkət ilə əməkdaşlıq elan ediblər. Bu sahədə mövcud olan texnoloji həllərdən fərqli olaraq yeni əlaqə standartı AR cihazlar olmadan da çalışa biləcək. Bunun üçün yeni əlaqə standartı smartfon və bulud texnologiyalar kombinasiyasından istifadə edəcək. Keçən il Cisco şirkəti Webex Hologram adlı texnologiyanı təqdim etmişdi. Bu texnologiya elə bir formatda videokonfrans yaradır ki, yaradılmış videokonfransın iştirakçıları AR eynəklər sayəsində bir-birilərini 3D formatda görə bilirlər.

    Matsuko şirkəti isə bu texnologiyanın Android, iOS Windows üçün daha sadələşdirilmiş versiyasını hazırlamaq niyyətindədir. Tərtibatçıların sözlərinə əsasən holoqramın yaradılması üçün smartfonun ön kamerası kifayət edəcək. Bu halda ön kamera tərəfindən əldə ediləcək görüntü bulud sistemdə 3D holoqram formatına çevriləcək və daha sonra videokonfrans iştirakçıları əldə edilmiş 3D holoqramı virtual, artırılmış və ya qarışıq reallıq formatında əks etdirə biləcəklər.


    “Biz əminik ki, yaxın gələcəkdə öz müştərilərimizə bu holoqrafik texnologiyanın istifadəsi ilə yeni ünsiyyət formatını təqdim edə biləcəyik. Bununla da istifadəçilər ünsiyyət mövzusunda daha maraqlı təcrübə əldə edəcəklər” - deyə Telefonic mobil operatorunun IoT (Internet of Things) şöbəsinin vitse-prezidenti qeyd edib. Mobil operatorların sözlərinə əsasən 5G texnologiyası bu məsələdə yüksək sürəti və holoqrafik görüntülərin ötürülməsində minimal gecikmələri təmin edə biləcək. Bütün bunlar müasir smartfonların imkanları ilə birlikdə sözügedən texnologiyanın stabil çaışmasına şərait yaradacaqlar. Mobil formatda holoqrafik ünsiyyət vasitəsinin nə zaman işə salınacağı barəsində məlumat verilməyib.

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Google bütün düymələri bir sırada yerləşən uzunsov klaviatura hazırlayıb (VİDEO)..

Google şirkətinin Yaponiya şöbəsi sözün əsl mənasında qəribə cihaz təqdim edib. Söhbət, Gboard Bar a..


Apple yaxın gələcəkdə iPhone-larda Touch ID texnologiyasına geri qayıdacaqmı?..

Apple 2017-ci ildə iPhone X-dən başlayaraq öz flaqman smartfonlarında Touch ID texnologiyasından imt..


Nothing Ear (Stick) adlı yeni naqilsiz qulaqlıqların görünüşləri sərgilənib..

İyul ayında öz ilk smartfon modeli olan Nothing Phone (1)-i təqdim etmiş Nothing şirkəti yeni naqils..


Alimlər insulini orqanizmə iynəsiz çatdıra bilən robotlaşdırılmış dərman kapsulu..

Massaçusets Texnologiya İnstitutunun alimləri RoboCap adlı robotlaşdırılmış dərman kapsulunu yaradıb..


Elon Musk Tesla Optimus adlı robotun iki yeni prototipini təqdim edib (VİDEO)

Keçən həftənin sonunda baş tutmuş Tesla AI Day 2022 tədbiri çərçivəsində Elon Musk Tesla Optimus adl..


Havadan CO2 qazını yığan qurğuların ABŞ-da inşasına start verilib

ABŞ-da Project Bison adlı layihəyə start verilib. Sözügedən layihə havadan CO2 qazının yığılmasına v..

×