main-post-cover

    Avropadan sonra Hindistan da öz regionunda USB Type-C-ni elektron cihazlar üçün vahid şarj girişi edəcək

    Elm & Texnologiya
    21.11.2022
    Farid Pardashunas
        Hindistanın bir sıra nazirlik və idarələrinin nümayəndələrinin öz aralarında keçirtmiş olduqları görüş çərçivəsində onlar Hindistan bazarındakı smartfonların vahid USB Type-C girişi ilə təchiz olunmaları qərarını qəbul ediblər. İstehlakçılar üzrə məsələlər departamentinin katibi Rohit Jumar Sing bildirib ki, bu qərar istehlakçıların maraqlarına uyğun olaraq qəbul edilib və onun əsas məqsədlərindən biri də elektron tullantıların aşağı salınmasıdır. Baş tutmuş görüşün iştirakçıları yekun nəticəyə gəliblər ki, smartfonlar, planşetlər və noutbuklar üçün USB Type-C-ni alternativsiz vahid şarj girişi kimi qəbul etmək lazımdır.
        Əsas funksionallığa sahib adi mobil telefonlar üçün isə çox güman ki, başqa şarj girişi standartı təyin olunacaq. Məlumatda qeyd edilib ki, Hindistanda cihazların USB Type-C girişinə keçidləri mərhələli şəkildə reallaşdırılacaq. Bu üsul ilə istehsalçılar və istifadəçilər yeni normalara öyrəşmək üçün yetəri zamana sahib olacaqlar. Qeyd etmək lazımdır ki, eyni qanun oktyabr ayında Avropa Birliyi tərəfindən də qəbul edildi. Beləliklə Avropa Birliyi regionunda satılacaq smartfonlar, planşetlər, kameralar, naqilsiz qulaqlıqlar və s. elektron cihazlar 2024-cü ildən başlayaraq USB Type-C girişi ilə təchiz olunmalıdırlar.
        2026-cı ildən isə bu qanun həmçinin noutbukları da əhatə edəcək. Qərbdən geri qalmaqla Hindistan hal hazırda rəqəmsallaşma yolu üzrə hərəkət edir və COVID-19 pandemiyası bu prosesi sürətləndirib. Gözləntilərə əsasən 2025-ci ilə kimi Hindistanın rəqəmsal iqtisadiyyatının həcmi 1 trilyon dollara çatacaq. Ölkə 2026-cı ilə kimi elektron cihazların istehsalını 4 dəfə yüksəltməyi, eksportu isə 750% genişləndirməyi hədəfləyib. Bu ilin statistikasına əsasən Hindistanda istehsal edilən elektron məhsulların ümumi həcmi 76 milyard dollar təşkil edir.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər