Avtomatlaşdırılmış Amazon Go mağazası adi mağazalardan 1.5 dəfə daha effektiv olub

Avtomatlaşdırılmış Amazon Go mağazası adi mağazalardan 1.5 dəfə daha effektiv olub

Texnologiya
08.01.2019 PAYLAŞIM

    Avtomatlaşdırılmış mağazalarda alış-veriş prosesinin sadə olması sayəsində bu cür mağazaların əldə etdikləri gəlirlər daha çox olub. Bu təcrübə özünü o dərəcədə uğurlu göstərdi ki, Jeff Bezos 2021-ci ilə kimi 3000 ədəd Amazon Go mağazasını işə salmağı planlaşdırır. Beləliklə həmin mağazalar Amazon şirkətinə ildə 4.5 milyard dollar gəlir gətirəcək. Bu barədə Recode saytı xəbər verib. İnsan növbələrinin və nağd pul ödənişi sisteminin olmadığı mağazalar ortalama 24 sat çalışan adi mağazalardan fərqli olaraq 50% daha çox gəlir gətirir. Bu cür nəticəyə RBC Capital Markets şirkətinin analitikləri gəliblər.

    Tədqiqat nəticəsində analitiklər müəyyən ediblər ki, Amazon Go mağazasındakı ortalama qəbz 10$-a bərabərdir. Gün ərzində sözügedən mağazadan alış-veriş edən insanların sayı isə 550 nəfərdir. Beləliklə qeyri-iş günlərini çıxmaq şərtilə Amazon Go il ərzində 1.5 milyon dollar gəlir əldə edir. Milli assossiasiyanın məlumatlarına əsasən Amazon Go böyüklüyündə olan adi mağaza isə il ərzində 1 milyon dollar gəlir əldə edir. Amazon şirkətinin CEO-su Jeff Bezos avtomatlaşdırılmış Amazon Go mağazalarının sayını sürətlə artırmağı planlaşdırır ki, artıq 2021-ci ilə kimi ABŞ-da 3000-ə yaxın bu cür mağaza fəaliyyət göstərsin.

Bənzər xəbər


    Əgər bu layihə həqiqətən də reallaşsa, deməli Amazon Go mağazalar şəbəkəsi şirkətə il ərzində 4.5 milyard dollar gəlir gətirəcək. Qeyd etmək lazımdır ki, şirkət öz ilk Amazon Go mağazasını keçən ilin əvvəlində Sietl şəhərində istifadəyə vermişdi. Daha sonra şirkət Sietldə daha 8 mağazanı istifadəyə verdi. Şirkət həmçinin Çikaqo və San Fransiskoda da bu mağazalara sahibdir. Keçən ilin oktyabr ayında isə şirkət Nyu Yorkda ilk Amazon Go mağazasının inşasına start vermişdi.

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Proqramlaşdırma dilləri üçün nəzərdə tutulmuş süni zəka əsaslı tərcüməçi yaradıl..

Think 2021 adlı konfrans çərçivəsində IBM şirkəti süni zəka əsasında yaradılmış CodeNet adlı yeni al..


Starship kosmik gəmisi Texasdan Havay adalarına kimi ilk orbital uçuşunu reallaş..

SpaceX şirkətinin göndərdiyi sorğuya əsasən Starship kosmik gəmisinin prototipi Texas ştatındakı sta..


MediaTek şirkəti büdcəli smartfonlar üçün Dimensity 900 adlı performanslı proses..

MediaTek şirkətinin Dimensity 900 adlı yeni 6 nanometrlik prosessoru yüksək tezlikli təsvir yenilənm..


Apple şirkəti öz portativ oyun konsolunu satışa çıxarda bilər

Son zamanlarda gaming sahəsi daha da böyüyüb və sürətlə inkişaf etməyə davam edir. Bu cür sürətli bö..


Pirat kontent yüklənməsinə görə Starlink istifadəçiləri internetdən məhrum ola b..

Starlink peyk internetinin yayılmasının qarşısında heç gözlənilməz maneə dayana bilər.

×