Logo
    main-post-cover

    Avtomobil istehsalçıları sürücülər barəsində böyük həcmdə məlumatlar yığırlar

        Əgər siz öz sürücülərini izləyən yeganə şirkətin Tesla olduğunu düşünürdünüzsə, deməli yanılmısınız. ABŞ-ın Privacy4Cars adlı şirkəti avtomobilin konfidensiallığı barəsində hesabat online servisini istifadəyə verib. Bu servis nəqliyyat vasitələrinin insanlar haqqında hansı məlumatları topladıqlarını təyin etməyə imkan verir. Məlum olub ki, bütün böyük avtomobil istehsalçıları öz avtomobillərindən çoxlu sayda məlumatı əldə edirlər. Əldə edilən məlumatlar arasında hətta sürücülərin biometrik məlumatları da var. Wired saytının əməkdaşları istifadəyə verilmiş yeni servisi ABŞ-da Toyota, Honda, Ford, Chevrolet, Ram Jeep brendlərinin ümumilikdə 10 məşhur avtomobil modeli vasitəsilə test ediblər. Bunun üçün servisə avtomobilin identifikasiya nömrəsini daxil etmək lazımdır.
        İdentifikasiya nömrəsinin daxil edilməsindən sonra servis şirkətin konfidensiallıq və istifadəçiyə göstərilən xidmət şərtləri barəsindəki bəyanatlar da daxil olmaqla müxtəlif sənədləri analiz edir. Test çərçivəsində məlum olub ki, Toyota-nın 2022-ci ildən sonra satışa çıxmış Tacoma, Camry, RAV4 Highlander modelləri vasitəsilə şirkət digərləri kimi avtomobil sahiblərinin konfidensial məlumatlarını yığır. Yığılan məlumatlar arasında sürücünün adı, ünvanı, sürücülük vəsiqəsinin nömrəsi, telefon nömrəsi, elektron poçt ünvanı və s. məlumatlar var. Bununla yanaşı Toyota sürücünün sükan arxasındakı davranışlarını, onun ən çox sevdiyi məkanları və avtomobildə olan kameralar vasitəsilə əldə edilən fotoları analiz edir.
        Toyota-nın bəzi avotomobil modelləri hətta sürücünün üz skanını da reallaşdıra bilirlər. Şirkətin top meneceri bildirib ki, bu üsullar sürücünün kimliyini yoxlamağa imkan verir. Bununla belə yığılan bu cür məlumatlar avtomobildə qalır və onlar digər şirkətlərə ötürülmür. Honda şirkətinin CR-VCivic modellərinə gəldikdə isə onlar əsasən avtomobil barəsində məlumatları yığırlar. Bu cür məlumatlara misal olaraq yanacaq, təkərlərdə olan təzyiq, batareyadakı enerji səviyyəsini, mühərrikin sürətini və hətta sükanın dönmə bucağını da gətirmək olar.
        Honda təmsilçisi bildirib ki, şirkətin avtomobillərində olan təhlükəsizlik yastıqları həmçinin sürücünün və sərnişinlərin çəkiləri və bədən vəziyyətləri barəsində məlumatları da əldə edə bilirlər. Lakin bu məlumatlar birbaşa avtomobillərdə saxlanılır. Eyni vəziyyət Ford F150, Chevrolet Silverado, Jeep Grand CherokeeRam Pickup avtomobillərinin testləri zamanı da ortaya çıxıb. Ümumilikdə təyin edilib ki, avtomobillər hər saat şirkətə 25 GB həcmində məlumat ötürürlər. Qeyd etmək lazımdır ki, aparılmış təcrübənin nəticələri yalnız ABŞ bazarı üçün keçərlidir. Digər ölkələrdə mövcud olan qanunlar fərqli olduğu üçün həmin ölkələrdə test nəticələri fərqlənə bilərlər.
    Paylaş
    Bənzər xəbərlər