main-post-cover

    'Avtomobil istehsalçıları Tesla-nın proqram təminatının analoqunu yaratmaq gücünə sahib deyillər'

    Elm & Texnologiya
    29.04.2020
    Farid Pardashunas
        Məlumata əsasən Volkswagen şirkətinin rəhbəri olan Herbert Diess, Tesla şirkətinin yüksək bazar dəyərindən və onun elektromobil sahəsində lider mövqe tutmasından narahatdır. Onun fikrincə bunun əsas səbəbi Tesla şirkətinin yüksək keyfiyyətli proqram təminatı hazırlamasındadır. Lakin heç bir digər böyük avtomobil istehsalçısı Tesla-nın proqram təminatının analoqunu yaratmaq gücünə sahib deyil.
    Tesla-nın artıq satılmış 500.000 elektromobili vahid neyron şəbəkə kimi çalışaraq şirkətin avtomobil süni zəkası sahəsindəki digər rəqiblərini gündən-günə daha da geridə qoyur.
        Bu barədə Electrek saytı xəbər verib. Qeyd etmək lazımdır ki, Volkswagen şirkətinin rəhbəri Herbert Diess dəfələrlə Tesla şirkətini elektromobil sahəsinin lideri adlandırıb. Bu ilin yanvar ayında o qeyd etmişdi ki, müəyyən vaxtdan sonra Volkswagen şirkəti Tesla-nın səvyyəsinə çata biləcək. Lakin indi o özünə daha sadə məqsəd təyin edib. Belə ki, onun istəyi Tesla-dan sonra ikinci olmaqdır. Məlumata əsasən Herbert Diess, Tesla-nın proqram təminatı barəsindəki fikrini dəyişməyib. O etiraf edib ki, Tesla-nın proqram təminatı həm Volkswagen-in həm də digər avtomobil istehsalçılarının proqram təminatlarını gedirə qoyur.
        Məlumatda qeyd edilib ki, Herbert Diess, Wolkswagen şirkətinin bazar dəyərinin Tesla-dan 2 dəfə aşağı olması barəsində narahatdır. “Bizim Porsche, Audi, Volkswagen, Bentley və s. kimi bahalı brendlərimiz olduğu halda vəziyyət belədir” - deyə o qeyd edib. Bundan əlavə olaraq Diess qeyd edib ki, Tesla-nın fərdi proqram təminatı hazırlama üsulu müştərilərin ürəyincədir.
    Belə ki, Tesla-nın proqram təminatı elektromobili telefon ilə idarəyə və elektromobil daxilində böyük ekran vasitəsilə istifadəçi təcrübəsinin yaradılmasına əsaslanır.
        Lakin Volkswagen rəhbərini ən çox narahat edən faktor isə Tesla şirkətinin öz proqram təminatından necə istifadə etməsidir. “Hər dəfə lazımi məlumatları yığmaqla və hər 2 həftədən bir müəyyən yeniliklər ilə sürücüyə yeni istifadəçi təcrübəsini qazandırmaqla Tesla-nın 500.000 elektromobili vahid neyron şəbəkə şəklində çalışır. Günümüzdə digər avtomobil istehsalçılarından heç biri buna qadir deyil” - deyə Herbert Deiss qeyd edib.
        Həqiqətən də Tesla şirkətinin avtopilot sistemi yaratma üsulu pilotsuz avtomobillərin istehsalı ilə məşğul olan digər istehsalçıların üsullarından fərqlənir. Belə ki, şirkət öz alqoritmini təkcə simulyasiyalardan və test yürüşlərindən əldə olunmuş məlumatlarla təchiz etmir. Bunun yerinə satılmış bütün Tesla elektromobilləri dayanmadan hər gün alqoritmi çoxlu sayda müxtəlif məlumatlarla təmin edirlər.
        Lakin Diess bu məsələ ilə bağlı ümidini itirmir. Hal hazırda onun komandası tamamilə yeni proqram təminatı üzərində çalışır. Buna baxmayaraq analitiklər 2030-cu ilə kimi elektromobil sahəsində hansı şirkətin lider olacağına şübhə etmirlər. Wood Mackenzie şirkətinin proqnozlarına əsasən artıq 2028-ci ilə kimi Volkswagen şirkəti 14 milyon elektromobili satışa çıxardaraq sözügedən sahənin ən yüksək pilləsində qərarlaşacaq.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər