
Henry Forda sual verəndəki insanlara nə lazımdır, ABŞ-ın avtomobil atası qayıdıb "Daha sürətli at lazımdı" demişdi, sonra da Ford Motor Company-ni qurub atları əvəz etmək üçün daimi və ucuz avtomobil istehsalına başlamışdı. Avtomobillər Ford-un hesabına yayıldı və illər keçdikcə insanlar bu dəfə daha sürətli avtomobil istəməyə başladılar. Əlbəttə, həmişə daha yaxşısını istəmək hissi bizim içimizdən gəlir amma bu dəfə Henry Ford yoxdu və fizika qanunlarının avtomobillərin sürətini limitlədiyini anlamağa başlıyırıq.
Əgər sadə məntiqlə yanaşsaq mühərrik nə qədər güclüdürsə
avtomobilin hərəkət sürətidə bir o qədər artır. Bəli, avtomobillərin inkişaf mərhələləri
bizə bunun doğru olduğunu sübut edir. Onda bəs niyə Koenigsegg One:1 modelini
431 km/saat sürətdə elektronik şəkildə limitləndirib? Niyə Bugatti Chiron-un 8
litr 16 silindirli 4 turbolu 1500 at güclü mühərriki 450 km/saat sürətini keçə
bilmir? Keçək izaha.
Hərəkət edən hər obyektdə olduğu kimi avtomobillər üçündə
sürtünmə çox mühüm məsələdir. Hər ötən il maşınların daha da "yumru"
dizayna sahib olmasının səbəbidə budu. Maşın havaya qarşı nə qədər az müqavimət
göstərərsə daha sürətli hərəkət üçün o qədər az enerji sərf etməli olar. Amma məsələ
burasındadırki hərəkət zamanı 320km/saat sürəti keçdikdən sonra əksər hallarda
avtomobil necə deyəllər küləyi yara bilmir. Bunun səbəbi o limitdən sonraki mərhələ
üçün maşınların yetəri qədər aerodinamik olmamasıdı. Amma həm yetəri qədər
aerodinamik, həm də güclü sayılan Bugatti Veyron və ya Koenigsegg One belə 450 km/saat
limitini hələ də ötə bilmillər. Burada dizayn problemləri işin içinə girir. Məhz
eksteryerin quruluşuna görə sürtünmə əmsalına əsasən avtomobillərin yüksək sürətlə
hərəkət zamanı küləyin avtomobilə təsiri də dəyişir.
Hərdən spoyler və ya əlavə splitterlərin hesabına maşınlar
yerə o qədər sıxılırki ani bir döngədə və ya asfaltın boş olduğu yerə təmas
olunan an havaya qalxırlar. Belə hallar yarışlarda baş verir və daimi
istehsaldaki maşınlarda yaranmamasının səbəbi belə təcrübələrin böyük avtomobil
şirkətlərini qorxutmasıdır. Yəni normal görüntüyüə sahib olan, daimi istifadə
zamanı qəza şəraiti yaratmayan və eyni zamanda 450 km/saatlıq sürət həddini aşa
bilən avtomobil hələki mövcud deyil.
Əlavə olaraq digər bir səbəbsə təkərlərdir. Lazım olan konfiqurasiyada
avtomobil hazırlansa belə təkərlər müəyyən sürət həddini keçdikdə bu gün
istehsalda olan təkərlər alışmağa başlayırlar. Koenigsegg rəsmi olaraq One:1
modelindəki təkərlərin 431km/saatlıq sürət həddini keçdikdən sonra
partlayacaqlarını və ya alışacaqlarını deyir. Yəni Koenigsegg faktı təstiqlədi.
Amma almanlar belə şeyləri qəbul etməkdə biraz çətinlik çəkirlər. Hər nə qədər
Veyron və ya təzə Chiron-un təkərlərini hazırlayan fransız, Michelin olsa belə
bu problemə həll yolu tapa bilmədiyini demək İtalyan əsilli Alman şirkəti üçün
biraz çətin ola bilər. Onuda qeyd edimki bu sürət limitləndirilməsi yalnızca
daimi istehsalda olan avtomobillərə aiddir. Çox böyük və xüsusi təkərlərdən
istifadə edən, düz yol Dragsterləri 500 km/saat həddini çoxdan keçiblər.
Şərh yoxdur