Ayda düşünüldüyündən daha çox su ehtiyatı var imiş
Elm & Texnologiya
04.10.2024
Emil Nəcəfov
Alimlər Lunar Reconnaissance Orbiter adlı orbital aparat tərəfindən əldə edilmiş məlumatların yeni analizini reallaşdırıblar və təyin ediblər ki, Ay səthinin xüsusi yerlərində daha öncə düşünüldüyündən daha çox miqdarda buz şəklində su mövcuddur. Buz halında suyun mövcudluğu isə gələcək Ay missiyaları üçün çox böyük əhəmiyyət daşıyır. Belə ki, buz halında suyu içməli suya çevirmək və onu hidrogen ilə oksigenə ayıraraq raket yanacağının istehsalında istifadə etmək olar.
Ehtimal edilir ki, Ayda su komet və asteroidlərin onunla toqquşmaları səbəbilə formalaşıb. Digər tərəfdən su bucar şəklində Ayın dərinliklərindən onun səthinə doğru çıxmış ola bilər. Daha öncəki araşdırmalara əsasən buz şəklində su ehtiyatları əsasən Ayın Cənub qütbü sahəsindəki daimi şəkildə qaranlıqda qalan ərazilərdə mövcuddur. Buz şəklində su ehtiyatları kraterlərdə və çökəkliklərdə aşkar edilmişdi. Həmin ərazilərə heç zaman Günəş şüası düşmür. Buna görə də həmin ərazilərdə su buz şəklində milyardlarla il qala bilir.
Güman olunur ki, Ay səthindəki su ehtiyatı insanların Ayda uzunmüddətli mövcudluqları üçün kifayət edəcək səviyyədədir. İndi isə alimlər təyin ediblər ki, Ay səthində buz şəklində su ehtiyatı təkcə Cənub qütbündə deyil, həmçinin 77 dərəcə cənub eni üzrə də yayılıb. Alimlərin sözlərinə əsasən həmin ərazilər də daimi şəkildə qaranlıq mühitdə olurlar. Mütəxəssislər buz şəklində su ehtiyatlarının mövcud olduqları ərazilərin ilkin xəritəsini tərtib ediblər. Alimlər qeyd ediblər ki, ən böyük su ehtiyatları Ay səthində -198 dərəcə Selsidən daha aşağı temperatura sahib ərazilərdə yerləşirlər.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Çin insanlı Ay səyahəti üçün yeni skafandrını təqdim edib!
Çin insanlı Ay səyahəti üçün yeni skafandrını təqdim edib!
Çin, 2030-cu ilə qədər Ayın səthinə astronavt göndərmək üçün iddialı planlarını sürətləndirir. Çin eyni zamanda bu planlar üçün istifadə olunacaq yeni skafandrlarını da təqdim edib.
Yer kürəsi, çox yaxında "2 ədəd Ay"a sahib olacaq!
Yer kürəsi, çox yaxında "2 ədəd Ay"a sahib olacaq!
2024 PT5 adlandırılan yeni bir asteroid, qısa müddətlik də olsa Yer kürəsinin ikinci peyki olacaq.
Ay torpağından oksigen çıxara bilən vasitə hazırlanıb!
Ay torpağından oksigen çıxara bilən vasitə hazırlanıb!
Sierra Space, NASA-nın Johnson Kosmik Mərkəzində Ay torpağından ilk avtomatlaşdırılmış oksigen çıxarma prosesini həyata keçirib. Bu tarixi inkişaf, Ayda qurulacaq yaşayış yerləri üçün böyük əhəmiyyət kəsb edir.
Ayın qaranlıq tərəfindən əldə edilmiş süxur nümunələri digərlərindən fərqlənir
Ayın qaranlıq tərəfindən əldə edilmiş süxur nümunələri digərlərindən fərqlənir
Çinin Chang'e-6 adlı aparatı Ayın qaranlıq tərəfindən yığılmış süxur nümunələrini iyun ayının sonunda uğurlu şəkildə Yer kürəsinə çatdırmışdı.
Yaponiya ilk dəfə Ayda sənət əsəri nümayiş etdirəcək!
Yaponiya ilk dəfə Ayda sənət əsəri nümayiş etdirəcək!
Yaponiyanın kosmik kəşfiyyata marağı, Ispace şirkətinin yeni Ay missiyası ilə yenidən gündəmə gəlib. Şirkət, 2023-cü ildəki uğursuz cəhdindən sonra, bu dəfə Ayda uğurlu eniş etməyi hədəfləyir.
Həftənin xəbərləri
6 yaşlı uşağın 17 həkim tərəfindən çarə tapıla bilməyən xəstəliyini süni intellekt həll edib!
Kvant fizikasında inqilab: maddənin yeni aqreqat halı kəşf edilib!