Ayın səthindən əldə edilmiş süxur nümunələrində su aşkar edilib
Elm & Texnologiya
25.07.2024
Emil Nəcəfov
2020-ci ildə Çinin Chang’e-5 adlı aparatı Ayın görünən tərəfinə eniş etmiş və onun səthindən süxur nümunələrini yığaraq Yer kürəsinə çatdırmışdı. Alimlər 2020-ci ildə Yer kürəsinə çatdırılmış Ay süxur nümunələrini hələ də analiz etməkdə davam edirlər. Verilmiş yeni məlumata əsasən həmin süxurların tərkiblərində bilinməyən mineral aşkar edilib və aşkar edilmiş mineralın 41%-i sudan təşkil edilib. Bir daha qeyd etmək lazımdır ki, söhbət, Ayın görünən tərəfindən əldə edilmiş süxur nümunələrindən gedir. Bir neçə müddət bundan öncə Ayın görünməyən tərəfindən əldə edilmiş süxur nümunələrinin tərkiblərində nələrin ola biləcəkləri isə artıq indidən həyəcanlandırır.
55 il bundan öncə SSRİ kosmik aparatları və NASA-nın “Apollo” missiyaları çərçivəsində Yer kürəsinə çatdırılmış Ay süxur nümunələrinin tərkiblərində su aşkar edilməmişdi. Nəticədə alimlər belə qənaətə gəlmişdilər ki, Ay, quru kosmik cismdir və onda su mövcud olsa belə məhdud miqdardadır. Son illərdə baş vermiş texnoloji inkişaf sayəsində bu fikir öz aktuallığını itirməyə başladı. Məsələn 2009-cu ildə Hindistanın Chandrayaan-1 adlı orbital stansiyası, 2020-ci ildə isə NASA-nın infraqırmızı təchizatları Ayın səthinə yaxın sahədə oksigen ilə hidrogenin izlərini aşkar etmişdilər. Beləliklə çox güman ki, Ayda su həqiqətən də mövcuddur və söhbət, təkcə qütb kraterlərində buz şəklində olan sudan getmir.
Ay süxurları tərkiblərində suyun aşkar edilməsinə dair böyük ümidlər son illərdə Yer kürəsinə çatdırılmış süxur nümunələrinədir. Qeyd etmək lazımdır ki, 2020-ci ildə Çinin Chang’e-5 adlı aparatı Ayın görünən tərəfindən, bu ilin yay fəslinin əvvəlində isə Chang’e-6 adlı aparatı Ayın görünməyən tərəfindən süxur nümunələrini Yer kürəsinə çatdırıb. Yay fəslinin əvvəlində çatdırılmış süxur nümunələrinin analizlərinə hələ start verilməyib. Lakin 2020-ci ildə çatdırılmış süxur nümunələrinin analizləri hələ də aparılır. Alimlər bildiriblər ki, onlar süxur nümunələrinin tərkiblərində daha öncə rast gəlinməmiş mineral aşkar ediblər. Onlar aşkar edilmiş minerala “bilinməyən Ay mineralı” (ULM-1) adını veriblər. Sözügedən mineral şəffafdır və yastı kristal şəklindədir. Bu mineralın analizi onu göstərib ki, onun tərkibinin 41%-i sudan təşkil edilib.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Yer ilə Ay arasında məlumat axını üçün "magistral yol" çəkiləcək!
Yer ilə Ay arasında məlumat axını üçün "magistral yol" çəkiləcək!
Həqiqətən də Yerlə Ay arasında magistral yol çəkiləcək, lakin burada avtomobil yollarından deyil, informasiya şəbəkələrindən istifadə olunacaq. Elm adamları, təklif olunan informasiya magistralı üçün 30 peykdən istifadə etməyi planlaşdırır.
Ayda ilk dəfə səthaltı mağara kəşf edilib
Ayda ilk dəfə səthaltı mağara kəşf edilib
İtalyan astronomlar tərəfindən edilmiş kəşf Yer kürəsinin təbii peyki olan Ayın mənimsənilməsi planlarını tamamilə dəyişə bilər.
Çin Milli Kosmik İdarəsi Ayın qaranlıq tərəfindən süxur nümunələrini uğurla geri qaytara bilib
Çin Milli Kosmik İdarəsi Ayın qaranlıq tərəfindən süxur nümunələrini uğurla geri qaytara bilib
Çin Milli Kosmik İdarəsinin son hesabatına əsasən Ayın qaranlıq tərəfindən süxur nümunələrinin Yer kürəsinə çatdırılması missiyası uğurla yekunlaşıb.
Ayın səthində ilk dəfə mənfi ionlar aşkar edilib!
Ayın səthində ilk dəfə mənfi ionlar aşkar edilib!
ESA-nın Aya enən ilk vasitəsi Günəş küləyi ilə qarşılıqlı təsir nəticəsində Ayın səthində mənfi ionların olduğunu aşkar edib.
Chang'e-6 aparatının Ay səthində süxur nümunələrini yığması videosu təqdim edilib (VİDEO)
Chang'e-6 aparatının Ay səthində süxur nümunələrini yığması videosu təqdim edilib (VİDEO)
Dünən məlum oldu ki, keçən həftənin bazar günü səhər saatlarında Çinin Chang’e-6 adlı aparatı Ayın qaranlıq tərəfinə uğurla eniş edib və Ay süxur nümunələrinin yığılması prosesinə start verib.
Həftənin xəbərləri
6 yaşlı uşağın 17 həkim tərəfindən çarə tapıla bilməyən xəstəliyini süni intellekt həll edib!
Kvant fizikasında inqilab: maddənin yeni aqreqat halı kəşf edilib!