Azərbaycan Beynəlxalq İnformatika Olimpiadasında iştirak edir [Fotolar]

Azərbaycan Beynəlxalq İnformatika Olimpiadasında iştirak edir [Fotolar]

02.09.2018 PAYLAŞIM

Bu il 30-cu dəfə təşkil olunan Beynəlxalq İnformatika Olimpiadasına (IOI) Yaponiya ev sahibliyi edir. 

Bənzər xəbər


    Yaponiyanın elm və texnologiya mərkəzlərindən biri olan Tsukuba şəhərində keçirilən olimpiadada Azərbaycan da iştirak edir.

     Azərbaycan 1994-cü ildən mütəmadi olaraq dünyanın ən yaxşı 5 elm olimpiadalarından sayılan Beynəlxalq İnformatika Olimpiadasında təmsil olunur. 85 ölkədən 340 nəfər şagirdin iştirak etdiyi yarışın bu gün açılış mərasimi keçirilib.

    Belə ki, açılış mərasimi gözlənildiyi kimi, yapon “anime” mədəniyyəti ilə texnologiyanın birləşməsini əks etdirən süni zəka olimpiada simalarının əyləncəli təqdimatı ilə başlayıb.

                          

    Tədbirin rəsmi hissəsində Yaponiyanın dövlət nümayəndələri, təhsil naziri və Yaponiyada İmperator Akihitonun və İmperatriça Miçikonun nəvəsi Şahzadə Kako qonaqları salamlayıb və açılış nitqi səsləndiriblər. Tsukuba bələdiyyə başçısı çıxışında aşağıdakıları səsləndirib:

    "Tsukuba Yaponiyanın araşdırma mərkəzidir. Beləliklə, sual sadədir: Niyə bizim sələflərimiz Tsukubanı elm şəhəri olaraq yaradıblar? Tsukubanın missiyası nədir? Yaxud biz niyə buradayıq? Mən inanıram ki, bizim missiyamız bəşəriyyətə kömək etməkdir, elm və texnologiya ilə həyatımızı daha yaxşı etməkdir. Bu düşüncə ilə biz texnologiyanı cəmiyyətimizə qaytarmaq üçün səy göstəririk. Məsələn, biz Yaponiyada ilk şəhərik ki, internet səsverməsini "bolckchain" texnologiyasına daşımışıq."

    Sentyabrın 1-8 tarixində keçiriləcək Olimpiadanın əsas hissəsi isə sabahdan etibarən başlayacaq. Qeyd edək ki, yarışın əsas günündə komandalara İnformatika ilə bağlı suallar təqdim olunur və bu sualları cavablandırmaq üçün onlara cəmi 5 saat vaxt verilir.

    Azərbaycanın 24-cü dəfə qatıldığı yarışda bu il ölkəmizi 4 şagird və 2 müəllimdən ibarət rəsmi nümayəndə heyyəti təmsil edir. Şagirdlər müxtəlif yaş qrupları üzrə bölünərək yarışacaq. Bugünki hazırlıq prosesindən sonra sabah baş tutacaq yarışa qoşulacaq azərbaycanlı şagirdləri təqdim edirik:

    - Fizika, riyaziyyat və informatika təmayüllü Respublika liseyinin IX sinif şagirdi Abutalıb Namazov

    -Lənkəran şəhər 4 nömrəli tam orta məktəbin IX sinif şagirdi Murad Eynizadə

    -Akademik Zərifə Əliyeva adına liseyin XI sinif şagirdi Ziya Muxtarov

    -Bakı şəhəri 27 nömrəli tam orta məktəbin XI sinif şagirdi Rəfail Səddatimov        Onu da bildirək ki, şagirdlər yarışa tam hazırlıqlı gəlmək üçün Təhsil Nazirliyi Azercell-in dəstəyi ilə Bakıda - Barama İnnovasiya və Sahibkarlıq Mərkəzi Respublikada Beynəlxalq Olimpiadalara hazırlıq mərkəzində uzunmüddətli hazırlıq və məşq prosesindən keçiblər.

    Bugünə qədər yarışda Azərbaycandan 55 məktəbli iştirak edib və 1 gümüş, 4 bürünc olmaqla 5 medal qazanıblar.

    Xüsusi vurğulayaq ki, 2019-cü ildə 31-ci Beynəlxalq İnformatika Olimpiadasına Azərbaycan ev sahibliyi edəcək. Ölkəmizdə ilk dəfə təşkil ediləcək yarış ADA Universitetində təşkil olunacaq.

    Technote Media olaraq Azercell-in dəstəyi ilə Yaponiyada komandamızın yanında ölkəmizi təmsil edirik. Yarış müddətində baş verən ən son yeni xəbərləri, hadisələri operativ olaraq izləyicilərimizlə bölüşəcəyik.

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Redmi Note 8 Pro'nun qiyməti təqdimatdan öncə məlum oldu

Redmi Note 8 Pro smartfon modelinin təqdimatına çox az zaman qalmış onun barəsində demək olar ki, hə..


Redmi brendi artıq K20 smartfon modelinin davamçısı üzərində çalışır

May ayında Xiaomi şirkətinin Redmi brendi Redmi K20 smartfon seriyasını təqdim etmişdi.


Azercell 'Rəqəmsal Dünya Bölgələrdə' layihəsi çərçivəsində uşaqları və məcburi k..

Azercell Telekom “Rəqəmsal Dünya Bölgələrdə” şüarı altında iyul ayından başlayaraq ölkənin şəhər bə ..


Mercedes-Benz şirkəti öz alıcılarını izlədiyini etiraf edib

Smartfon istifadəçiləri artıq təəccüblənmirlər ki, həmin smartfonlr onların yerləşdikləri yerləri iz..


Onlayn sağlamlıq proqramları və məşqlər üçün yeni yerli tətbiq təqdim olundu - F..

Tətbiqin ən əsas üstünlüyü ondan ibarətdir ki, bu proqramlar sizə təsadüfi və kor təbii şəkildə təqd..


ABŞ'ın Huawei şirkətinə təqdim etmiş olduğu lisenziya daha 3 aylıq uzadılacaq..

ABŞ-ın ticarət nazirliyi Huawei şirkətinə qarşı təyin edilmiş sanksiyaların daha 3 ay təxirə salınma..

×