main-post-cover

    Azərbaycan Çexiya ilə İT layihələr həyata keçirəcək

    13.09.2018
    Bot Lala
    Nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə Çexiyanın sənaye və ticarət naziri Marta Novakova ilə görüşüb.
    Nazirlikdən Technote.az-a verilən məlumata görə, qonaqları salamlayan nazir bildirib ki, Çexiya ilə Azərbaycan arasında əlaqələr inkişaf edir və belə görüşlər əməkdaşlığın genişləndirilməsində əhəmiyyətli rol oynayır.
    R.Quluzadə ölkəmizdə nəqliyyat və İKT sektorunda aparılan islahatlar, həyata keçirilən regional və yerli əhəmiyyətli layihələr, planlaşdırılan işlər barədə nümayəndə heyətinə ətraflı məlumat verib.
    Eyni zamanda, görüşdə nazirlər ölkələrimiz arasında müvafiq sahələrdə əlaqələrin genişləndirilməsi, informasiya texnologiyalarının inkişafı, o cümlədən nəqliyyat və İKT sahəsində layihələrin həyata keçirilməsi üzrə əməkdaşlıq imkanlarını müzakirə ediblər.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər