main-post-cover

    Azərbaycan daha bir peykini orbitə göndərib

    Elm & Texnologiya
    28.09.2018
    Bot Lala
    Azərbaycanın Azerspace-2 peyki Fransa Qvianasında yerləşən Qviana Kosmos Mərkəzindəki ELA-3 buraxılış platformasından orbitə buraxılıb.
    Technote.az  bildirir ki, Azerspace-2 orbitə Ariane 5 Ariane 5 daşıyıcı-raketlə göndərilib.
    Bu, Ariane 5-in 100-cü buraxılışıdır. Onun göyərtəsində Azerspace-2 və Yaponiyanın Horizons 3e peykləri olub. Azərspace-2 xidmət zonasına Avropa, Mərkəzi və Cənubi Asiya, Yaxın Şərq və Afrika ölkələri daxil olacaq və peykin orbitdə işi minimum 15 il olacaq.
    Azerspace-2 Azərbaycanın orbitə çıxarılan üçüncü peykidir. Peyk “Space Systems/Loral” (SSL) şirkəti tərəfindən yüksək etibarlı “SSL 1300” peyk platforması əsasında istehsal olunub.
    Azerspace-2 peyki Avropa, Mərkəzi və Cənub-Qərbi Asiya, Yaxın Şərq və Tropik Afrika ölkələrini əhatə edəcək. Yeni peyk Azərkosmosun xidmət spektrinin və fəaliyyət coğrafiyasının genişləndirilməsi ilə yanaşı birinci telekommunikasiya peyki – Azerspace-1 peykinin orbitdəki ehtiyatı olacaq.
    Peyk regionda dövlət və özəl qurumlara şəbəkə xidmətləri sahəsində artmaqda olan tələbləri qarşılamaq üçün yüksək texniki imkanlar, əlverişli əhatə zonası və keyfiyyətli xidmət təklif edəcək.
    Linki kopyala