main-post-cover

    Azərbaycan Dünyanın 35 ölkəsində keçirilən startap proqramında ikinci dəfə (Qeydiyyat başladı)

    03.03.2018
    Farid Pardashunas
        Ötən il Azərbaycanın da uğur qazandığı və 35 ölkənin iştirak etdiyi dünyanın ən böyük "cleantech" (təmiz texnologiya) akselerasiyası olan ClimateLaunchpad proqramının ilk mərhələsi başladı. ClimateLaunchpad proqramının Azərbaycanda rəsmi təşkilatçısı “Social Innovation Lab” innovasiya mərkəzidir. Proqram özünün öyrədici strukturuna və əhatəsinin genişliyinə görə proqrama qəbul olunan startaplara və ideya müəlliflərinə çox böyük proqress xətti təklif edir. İndi isə gəlin daha ətraflı tanış olaq proqram ilə.
    Son müraciət tarixi: 31 Mart, 2018
    Müraciət forması: Burada
    Kimlər bu proqramda iştirak edə bilər?
        Innovativ biznes ideyasına sahib və sahibkar ruhlu hər bir şəxs bu proqrama qatıla bilər. Tələbə, sahibkar, startapçı, müəllim və s. peşənizdən asılı olmayaq bu sahəyə maraq göstərirsinizsə, bu proqram tam sizin üçündür desək yanılmarıq.
    Hansı ideyalarla müraciət etmək olar?
        Proqramda istənilən sahəyə aid hər hansı bir cleantech layihəsi və ya ideyası iştirak edə bilər - bu mobil tətbiq, texnoloji cihaz, kimyəvi reaksiya, mexaniki qurğu, alternative enerji mənbəsi və ağlınıza gələ biləcək istənilən bir cleantech layihəsi ola bilər.
    - Cleantech nədir deyə sual verirsinizsə ilkin olaraq əvvəlki illərdə ClimateLaunchpad proqramında dünyadan və ölkəmizdən iştirak etmiş və uğur qazanmış layihələrlə burada tanış olun
    - Cleantech layihələr haqqında dərc etdiyimiz qısa məqaləni oxuyun
        Əgər sizin bu sahədə ilkin mərhələdə olan startapınız yaxud ideyanız varsa elə indi qeydiyyat formasını doldurmaqla, öz ideyanızla ilkin seçim mərhələsinə qoşula bilərsiniz. 31 Mart 2018 -ci il tarixinə qədər, öz ideyalarınızı buradan göndərə bilərsiniz. Əlavə olaraq qeyd edək ki, proqrama müraciət etmək üçün heç bir biznes plana ehtiyac yoxdur. Proqram müddətində yerli və xarici mentorlar növbəti mərhələdə sizə biznes plan tərtibində kifayət qədər kömək olacaq və istiqamət verəcəklər.
    Proqrama qəbul olan layihələri dünya finalına qədər nə gözləyir?
    "ClimateLaunchpad" akselerasiya proqramı 4 əsas mərhələdən ibarətdir:
        Mərhələ 1: Kamp (Bootcamp) – 21 - 22 Aprel, 2018 Azərbaycanın keçə ilki uğurlu nəticələrinə görə, bu il ClimateLaunchpad proqramına qəbul olunan 10 komanda / layihə ekskluziv olaraq ClimateLaunchpad proqramının təsisçisi Frans Nauta və yerli mentor komandası tərəfindən 9 modul üzərində keçirilən 2 günlük intensiv kampda iştirak edirlər. Burada iştirakçılar startup qurulmasında ən vacib biznes biliklərini praktiki olaraq öz layihələri üzərində tətbiq edərək öyrənirlər.
        Mərhələ 2: İntensiv ölkə daxili akselerasiya proqramı – May – Iyun, 2018 İki günlük bootcamp bitdikdən sonra komandalar 10 həftəlik ölkə daxili koçinq sessiyalarına başlayırlar. Burada komandalar yerli ekspertlər tərəfindən ClimateLaunchpad - in müəyyən etdiyi vacib biznes konseptləri üzərində praktiki işləyəcək, layihələrinin ilkin versiyasını hazırlayacaq və özlərini ölkə finalına hazırlayacaqlar.
        Mərhələ 3: Ölkə Finalı – Demo Day – 30 İyun, 2018 Ölkə daxili koçinq sessiyalarından sonra komandalar ClimateLaunchpad - in təmsilçisinin də iştirak edəcəyi münsiflər qarşısında ilk 3 yeri qazanmaq və Dünya Finalına vəsiqə əldə etmək üçün təqdimatlar edəcəklər. Ümumilikdə 35 ölkənin hər birinin ölkə finalında ilk 3 yerə çıxan komandalar 2018-ci ilin Noyabr ayında keçiriləcək Dünya Finalıa vəsiqə qazanacaqlar. Bu komandaların Dünya Finalında iştirakının bütün xərcləri təşkilatçılar tərəfindən qarşılanır.
        Mərhələ 4: "Dünya Finalı" – Avropa, Noyabr 2018 Hər bir ölkənin qazanan-3 komandası Dünya Finalında bir yerə toplanacaq və Avropanın qabaqcıl investorları və sahibkarları qarşısında təqdimat edəcəklər. İki gün davam edən Dünya Finalında dünyanın 50-dən çox ölkəsindən qoşulan 1000 nəfərlik bir proqramda 3 startupımız ölkəmizin uğuru üçün yarışacaqlar.
     Nə qazanacaqsınız?
        Bu il Azərbaycandan proqrama qəbul olunacaq 10 startup akselerator proqramı çərçivəsində proqres edərək İsveçrədə 18 aylıq akselerator (€ 95,000 avro investisiya ilə) və aşağıdakı mükafatlar uğrunda yarışacaqlar! Dünya Finalında ilk 10 yeri tutan startup layihələri kiçik ideyaların böyük bizneslərə çevrildiyi 18 aylıq "Climate-KIC Accelerator" proqramına qəbul olacaqlar. Bu akselerator proqramında hər bir layihəyə üç mərhələdə € 95,000 avro maliyyə dəstəyi verilir.
        Bundan əlavə isə, Grand Finale - da ilk 3 yerə çıxan komandalar pul mükafatları qazanacaqlar:
    – Birinci yer: € 10,000 avro,
    – İkinci yer: € 5,000 avro,
    – Üçüncü yer: € 2,500 avro.
    – Hər biri € 5,000 avro olmaqla 5 fərqli mövzu mükafatı (cəmi: € 25,000 avro)
    – Dünya finalında Azərbaycanı təmsil edəcək 3 startap komandasının bütün xərcləri qarşılanır!
        Onu da qeyd edək ki, bu ilin qalib ölkəsi növbəti il Dünya Finalına ev sahibliyi etmək hüququ qazanır.
    Ötən il Azərbaycan nəyə nail oldu?
         Keçən il 35 ölkənin iştirak etdiyi ClimateLaunchpad proqramında Azərbaycandan 13 startup qəbul olaraq 10 həftəlik akselerator proqramdan keçdilər. Və ölkə finalında top-3 startup dünya finalında Azərbaycanı təmsil edərək 105 startup içərisində ən yaxşı 15 startupdan biri olmağa nail oldular!
    Universitet müəllimləri, elm xadimləri və tədqiqatçılar üçün
        Universitet müəllimləri, elm xadimləri və tədqiqatçılar üçün onu qeyd edək ki, ötən il ClimateLaunchpad proqramında biri Professor olmaqla, 3 elm sahəsində tətqiqatçı öz layihələri ilə iştirak etmişdir. Və ölkə finalının qalibi də məhz Professor Yusif Abdullayev və tələbələri olmuşdur. Dünya finalında isə ölkəmizi uğurlu şəkildə təmsil edərək 35 ölkədən olan 105 layihə içərisində ən yaxşı 15 startupdan biri olmağa nail oldular. Hazırda öz layihələri ilə Edinburg şəhərində Climate-KİC akselerasiya proqramında layihələrini inkişaf etdirmək üzərində davam edirlər.
    Azyaşlı gənclərimiz üçün
        Azyaşlı gənclərimiz üçün onu da qeyd edək ki, ötən il ölkəmizdə adını hamının eşitdiyi Reyhan Camalova (Rainergy layihəsinin təsisçisi) öz layihəsi haqqında məhz ClimateLaunchpad proqramında iştirak etmək üçün düşünməyə başlamış, proqrama seçilən uğurlu layihələrdən biri olmuş və məhs ClimateLaunchpad proqramı çərçivəsində öz layihəsini inkişaf etdirərək ölkə finalında tamaşaçıların ən bəyənilən layihəsi mükafatınız qazanmışdır. Proqramdan sonra ClimateLaunchpad – in davam edən mentor dəstəyi vasitəsilə, ClimateLaunchpad proqramının mentorlarından biri Leyla Tağızadə ilə birlikdə Qlobal Sahibkarlıq Sammitində iştirak etmiş və bildiyiniz kimi İvanka Tramp tərəfindən təşəbbüsünə görə tərif almışdır.
    Son müraciət tarixi: 31 Mart, 2018
    Özünüzə və ideyalarınıza güvənin və müraciət edin!
        Suallarınız olarsa ClimateLaunchpad Azerbaijan və ya Social Innovation Lab facebook səhifələrinə yaza bilərsiniz və ya +994558356538 nömrəsinə zəng vuraraq suallarınızı verə bilərsiniz. Bir daha xatırladaq ki, ClimateLaunchpad proqramının Azərbaycanda rəsmi təşkilatçısı “Social Innovation Lab” innovasiya mərkəzidir. Proqramın Media tərəfdaşları Technote Media və Edumap təşkilatlarıdır.

    Linki kopyala