Azərbaycanda daha bir günəş elektrik stansiyası işə düşüb

Azərbaycanda daha bir günəş elektrik stansiyası işə düşüb

08.09.2018 PAYLAŞIM

Bakının Sahil qəsəbəsində yerləşən günəş elektrik stansiyası enerji şəbəkəsinə qoşulub.

Technote.az bildirir ki, bu barədə Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin sədr müavini Cəmil Məlikov məlumat verib.

Elektrik stansiyasının layihə gücü 2,8 meqavatt təşkil edir. Hazırda Azərbaycanda Qobustan və Samux rayonlarında, Bakıda isə Pirallahı, Suraxanı və Sahil qəsəbələrində belə stansiyalar fəaliyyət göstərir.

C.Məlikov deyib: "Sahil qəsəbəsində yerləşən günəş elektrik stansiyası hazırda fəaliyyətdədir. Sumqayıtda belə bir stansiyanın elektrik şəbəkəsinə qoşulması istiqamətində tədbirlər görülür. Düşünürəm ki, bu ilin sonuna qədər stansiya işə düşəcək".

Mövcud imkanlar sayəsində Azərbaycanda enerji mənbələrinin potensialı 25,3 min meqavatt təşkil edir ki, bununla da ildə 62,8 kilovatt-saat enerji əldə etmək mümkündür. Bərpa olunan və alternativ enerji mənbələrinin payını 2020-ci ilə qədər ümumi enerji istehsalının 20 faizinə çatdırmaq qarşıya məqsəd qoyulub. Ümumilikdə, alternativ və bərpa olunan enerji mənbələrinin inkişafını təmin etmək məqsədilə 2020-ci ilədək qoyuluş gücü 2 676 meqavat olan elektrik stansiyalarının hesabına ildə 11 milyard kilovat-saat elektrik enerjisi istehsalı nəzərdə tutulur ki, bu da il ərzində 3 milyard kubmetrə yaxın qaza qənaət etmək deməkdir.

Azərbaycanda günəş elektrik enerjisinin alınması üçün böyük imkanlar var. Belə ki, bu imkan 5 min meqavatt gücündə qiymətləndirilir. Külək enerjisi - 4 500 meqavatt, bioenerji - 1 500 meqavatt, geotermal enerji - 800 meqavatt, yerdə qalan 350 meqavatt isə SES-lərin payına düşür. 2018-2020-ci illərdə Strateji Yol Xəritəsi çərçivəsində kommunal xidmətlərin inkişaf etdirilməsi məqsədilə Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi dəyəri 13 milyon manata yaxın olan 23 layihə reallaşdırmağı planlaşdırır. (Trend)



SİZƏ MARAQLI OLACAQ BİR NEÇƏ MƏLUMAT


Redmi Note 8 Pro'nun qiyməti təqdimatdan öncə məlum oldu

Redmi Note 8 Pro smartfon modelinin təqdimatına çox az zaman qalmış onun barəsində demək olar ki, hə..


Redmi brendi artıq K20 smartfon modelinin davamçısı üzərində çalışır

May ayında Xiaomi şirkətinin Redmi brendi Redmi K20 smartfon seriyasını təqdim etmişdi.


Azercell 'Rəqəmsal Dünya Bölgələrdə' layihəsi çərçivəsində uşaqları və məcburi k..

Azercell Telekom “Rəqəmsal Dünya Bölgələrdə” şüarı altında iyul ayından başlayaraq ölkənin şəhər bə ..


Mercedes-Benz şirkəti öz alıcılarını izlədiyini etiraf edib

Smartfon istifadəçiləri artıq təəccüblənmirlər ki, həmin smartfonlr onların yerləşdikləri yerləri iz..


Onlayn sağlamlıq proqramları və məşqlər üçün yeni yerli tətbiq təqdim olundu - F..

Tətbiqin ən əsas üstünlüyü ondan ibarətdir ki, bu proqramlar sizə təsadüfi və kor təbii şəkildə təqd..


ABŞ'ın Huawei şirkətinə təqdim etmiş olduğu lisenziya daha 3 aylıq uzadılacaq..

ABŞ-ın ticarət nazirliyi Huawei şirkətinə qarşı təyin edilmiş sanksiyaların daha 3 ay təxirə salınma..