main-post-cover

    Azərbaycanda ən çox ziyarət edilən saytlar 2017 (TOP 20, ARAŞDIRMA)

    20.07.2017
    Farid Pardashunas
    Bir çoxlarına maraqlı olan bu statistikanı əldə etmək, o qədər də çətin deyil. "Alexa.com" və "Similarweb.com" kimi mənbələrin yayımladığı açıq məlumatlara görə Azərbaycandan ən çox ziyarət edilən saytların siyahınısı cəmləşdirib, sizinlə paylaşırıq. Top 50 sayt arasında əsas üstünlük xarici saytların payına düşür. Bir müddət əvvəl yayımladığımız məqalədə Azərbaycan saytları üçün "Alexa.com" mənbəsinin premium məlumatlarını sizinlə bölüşmüşdük. Məqalədə yerli saytların reytinqi, "backlink"ləri, indekslənən əsas açar kəlimləri və s məlumatları sizlərlə açıq şəkildə bölüşmüşdük. Həmin məqaləni buradan oxuya bilərsiniz.
    Bu məqalədə isə 2017-ci il üçün Azərbaycandan ən çox ziyarət edilən saytların siyahısı ilə sizləri tanış edəcəyik.
    "Alexa.com" - un apardığı hesabatlara əsasən Azərbaycandan ən çox ziyarət edilən saytların ilk 5-liyi aşağıdakı şəkildədir.
    1. Google.az
    2. Youtube.com
    3. Google.com
    4. Ok.ru
    5. Mail.ru
    İlk 3-lükdə "Google" xidmətlərinin olması normaldır, hansı ki bu tendensiya bütün dünyada belədir. Nəzərə alsaq ki, facebook sosial şəbəkəsinə daxil olmaq üçün belə "facebook" açar sözünü öz internet "browser"indən "Google" üzərindən axtarışa verən bir kütlə mövcuddur. Bütün interneti əlinə alan "Google" ilə rəqabət aparmaq Facebook üçün çox çətindir. Nəzərə alsaq ki, Gmail, Youtube, Google Chrome kimi məhsullara sahib olan Google, ana şirkət adı ilə desək "Alphabet" bu bazarın vahid lideri kimi görünür. 4-cü və 5-cisırada rus saytlarının olması və facebook kimi Azəbaycanda kifayət qədər istifadəçisi olan bir şəbəkənin ilk 5-likdə olmaması Alexa məlumatlarının yalan olması haqqında sizdə müəyyən şübhə yarada bilər. Lakin nəzərə alsaq ki, Alexa.com əsas məlumatları "web browser"lərdə yerləşdirdiyi Alexa əlavəsi vasitəsilə əldə edir, onda belə nəticə çıxır ki, məlumat əsaslıdır. Çünki, Alexa mobil telefonlarda olan facebook tətbiqinin giriş nəticələrini əldə edə bilmir. Azərbaycan istifadəçisi isə facebook-a daha çox mobil əlavə vasitəsilə daxil olur. Siyahının davamına baxsaq:
    6. Vk.com

    7. Facebook.com

    8. Google.ru

    9. Instagram.com

    10. Wikipedia.org
    Facebook-un olduğu mövqeyə baxan zaman da aydın görünür ki, Alexa bu məlumatları birbaşa facebook.com saytına daxil olan istifadəçilərə əsasən hesablayıb. Lakin 9-cu yerdə yerləşən Instagram.com  bizi daha çox təəccübləndirdi desək yalan olmaz. Azərbaycanda kifayət qədər instagram istifadəçi var və hətta son rəqəmlərə nəzər saldıqda Instagram istifadəçiləri Azərbaycan bazarında facebook istifadəçilərini qabaqlayıb. Burdadan gəlinən nəticəyə görə isə, bizim instagram istifadəçiləri şəkilləri "web" vasitəsilə izləməyi də sevir. 4-cü və 6-cı yerdə qərarlaşan Ok.ru, Vk.ru rus sosial şəbəkələrinə də Azərbaycandan böyük trafik gedir. Vk.com-a əsasən Azərbaycan istifadəçisinin "Spotify"ı desək daha doğru olar.
    11.Turbo.az
           
    12. Yandex.ru
           
    13. Qafqazinfo.az
           
    14. Tap.az
           
    15. Aliexpress.com
    Növbəti sıralamada nəhayət ki, Azərbaycan saytları göründü. Turbo.az Azərbaycan saytları arasında uzun müddətdir yerini qoruyan bir platformaya çevrilib və bir müddət sonra Turbo.az sıralamada ilk 10-luğa düşə bilər. 15-ci yerdə olan Aliexpress.com saytı isə çox maraqlı bir məsələnin müzakirəsini ortaya çıxarır. Azərbaycanda elektron ticarətdən şikayətlənən və bu mədəniyyətin Azərbaycanda olmadığını iddia edən sahibkarlara əslində yaxşı cavabdır. Kifayət qədər azərbaycanlı müştəriyə sahib olan Aliexpress.com sürətli çatdırılması və aşağı qiymətləri ilə Azərbaycan alıcısının əvəzedilməz elektron ticarət platforması kimi görünür.
    16.Oxu.az
           
    17. Metbuat.az
           
    18. Porn555.com
           
    19. Yahoo.com
           
    20. Big.az
    Bəlkədə bir çoxlarınızın adını gördüyü Porn555.com pornoqrafiya saytını Alexa.com, azərbaycanlı istifadəçilərin ən yaxşı seçimi kimi qələmə verir. Nəzərə alsaq ki, Beeg.com pornoqrafiya saytı nə qədər azərbaycanlı porno izləyiclərinə maraqlı olsa da bu sıralamada Beeg.com 48-ci yerdədir. Bir məqamı da qeyd etmək lazımdır ki, Beeg.com-u izləyən ölkələr siyahısında Azərbaycan 4-cü yerdədir. Porn555.com Hindistan mərkəzli saytı ən çox ziyarət edən ölkələr siyahısında Azərbaycan 4-cü sıradadır. 20-cı sırada isə Big.az həmişəki standart yerini qorumaqdadır. 

    Oxşar mənbə Similarweb.com məlumatlarına nəzər saldığımız zaman eyni nəticələri əldə etdiyimizi görürük. Xüsusilə qeyd edək ki, bu məlumatları adı çəkilən mənbələr əsasən internet "browser"lərdə yerləşdirdikləri əlavələr vasitəsilə əldə edirlər. Ümid edirik ki, 2018-ci ilin statistikalarında yerli saytlarımızı ilk 10-luqda görərik.

    Linki kopyala