main-post-cover

    Azərbaycanda İKT ilə bağlı hansı işlər görülür?-Hesabat

    20.07.2018
    Bot Lala
    "Azərbaycan Respublikasında telekommunikasiya və informasiya texnologiyalarının inkişafına dair Strateji Yol Xəritəsi"ndə müəyyən edilən tədbirlərin 2017-ci il üzrə nəzərdə tutulan hissəsinin 47 faizinin icrası tamamlanıb, 28 faizi qismən icra edilib, 25 faizi isə icra edilməyib.
    Technote.az bildirir ki, bu barədə Rəqəmsal Ticarət Qovşağından məlumat verilib.
    2017-ci il ərzində "Strateji Yol Xəritəsi"nin ilk hədəfi – idarəetmə strukturlarının təkmilləşdirilməsi və İKT-nin gücləndirilməsi üzrə tam icra 6 faiz, qismən icra 56 faiz səviyyəsində təmin olunub.
    Telekommunikasiya və informasiya texnologiyalarının inkişafına dair Strateji Yol Xəritəsində ikinci hədəf – Sahibkarlıq subyektlərinin fəaliyyətində məhsuldarlığın və əməliyyat səmərəliliyinin artırılması üzrə icra səviyyəsi belə olub:
    71 faiz tam icra, 17 faiz qismən icra və 12 faiz icra edilməyib. eGov 2.0 versiyasında mobil hökumət (mGov) konsepsiya layihəsi, "Hökumət Bulud"un (G-Cloud) yaradılması barədə layihə hazırlanıb
    Rəqəmsal təhsilin inkişafı üzrə islahat istiqamətlərinin təhlili əsasında təhsil müəssisələrinin İKT infrastrukturunun inkişafı üzrə proqram layihəsi təqdim edilib.
    "Elektron məktəb" layihəsinə 50 təhsil müəssisəsi cəlb edilib. Layihə çərçivəsində pedaqoji heyətin hazırlığı, İKT infrastrukturunun inkişaf etdirilməsi, Elektron Məktəb İdarəetmə Proqramı və Valideyn Nəzarət Sistemi, elektron tədris resursları istiqamətləri üzrə tədbirlər həyata keçirilib.
    Tələbələrin İKT bacarıqlarının qiymətləndirilməsi mexanizmləri ilə bağlı Bakı Mühəndislik Universitetində və Azərbaycan Dövlət Neft və Sənaye Universitetində İKT akademiyalarının qurulmasına başlanılıb.
    Telekommunikasiya və informasiya texnologiyalarının inkişafına dair Strateji Yol Xəritəsində üçüncü hədəf – Hökumətin və sosial mühitin rəqəmsallaşdırılması üzrə tam icra 17 faiz, qismən icra 17 faiz olub, 66 faiz tədbir icra edilməyib
    Azərbaycan Respublikasının Mərkəzi Bankı "Azərbaycan Respublikasında telekommunikasiya və informasiya texnologiyalarının inkişafına dair Strateji Yol Xəritəsi"ndə 2017-ci ildə nəzərdə tutulan tədbirlərin 100 faizin icra edib. Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi 75 faiz, Təhsil Nazirliyi 68 faiz, İqtisadiyyat Nazirliyi 65 faiz, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi 52 faiz, Xarici İşlər Nazirliyi 50 faiz, Səhiyyə Nazirliyi 33 faizlik icra göstəricilərinə malikdirlər.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər