Azərbaycanda mərkəzləşdirilmiş elektron informasiya sistemi yaradılır

Azərbaycanda mərkəzləşdirilmiş elektron informasiya sistemi yaradılır

Texnologiya
05.09.2018 PAYLAŞIM

Prezident İlham Əliyev Əmək, məşğulluq, sosial müdafiə və sosial təminat sahələrində elektron xidmətlərin tətbiqinin genişləndirilməsi haqqında fərman imzalayıb.

Technote.az bildirir ki, fərmanda deyilir ki, vətəndaşlara xidmət göstərilməsində şəffaflığı və operativliyi təmin etmək üçün əmək, məşğulluq, sosial müdafiə və sosial təminat sahələrində dövlət xidmətlərinin tam elektronlaşdırılması, müvafiq informasiya sistemlərinin formalaşdırılması, informasiya texnologiyalarının tətbiqi ilə innovativ idarəetmənin təmin edilməsi, korrupsiya, sui-istifadə və süründürməçilik hallarının qarşısının alınması yönündə bir sıra əlavə tədbirlərin görülməsinə zərurət var.

Fərmanla Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin informasiya sistemləri əsasında “Mərkəzləşdirilmiş elektron informasiya sistemi” (MEİS) yaradılır.

MEİS-in yaradılmasında məqsəd yuxarıda göstərilən sahələrdə idarəetmə sisteminin təkmilləşdirilməsini, habelə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin strukturuna daxil olan bir sıra qurumların fəaliyyətinin səmərəliliyinin artırılmasını təmin etməkdir. Fərmanla Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə nazirliyin fəaliyyət istiqamətləri üzrə əhaliyə göstərilən xidmətlərin vahid platforma üzərindən elektron formada təqdim edilməsi məqsədi ilə "e-sosial" internet portalının üç ay müddətində yaradılmasını təmin etmək, məşğulluq tədbirləri ilə bağlı xidmətlərin elektron şəkildə həyata keçirilməsi məqsədi ilə MEİS-də məşğulluq altsisteminin altı ay müddətində yaradılmasını təmin etmək, portal vasitəsilə aparılan əməliyyatların və fərdi məlumatların təhlükəsizliyini təmin etmək məqsədilə Azərbaycan Xüsusi Dövlət Mühafizə Xidməti ilə birlikdə tədbirlər görmək tapşırılıb.

Ədliyyə Nazirliyinə, Maliyyə Nazirliyinə və Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinə razılaşdırmaqla üç ay müddətində MEİS haqqında əsasnamənin layihəsini hazırlayıb Prezidentə təqdim etmək, portal haqqında əsasnamənin layihəsini hazırlayıb Prezidentə təqdim etmək, pensiya təyinatının avtomatlaşdırılmasına, bu sahədə xidmətlərin elektron qaydada göstərilməsinə və vətəndaşların sosial sığorta stajının müəyyən edilməsinə dair qanunvericiliyin təkmilləşdirilməsi ilə bağlı təkliflərini hazırlayıb Azərbaycan Prezidentinə təqdim etmək tapşırığı verilib.

Əmək, məşğulluq, sosial müdafiə və sosial təminat sahələrində xidmətlərin elektron qaydada həyata keçirilməsi və pensiya təyinatının tam elektronlaşdırılmasına keçidlə əlaqədar Azərbaycan Respublikası qanunlarının təkmilləşdirilməsi ilə bağlı təkliflərini iki ay müddətində hazırlayıb Azərbaycan Prezidentinə təqdim etmək, portalın və altsistemin yaradılması və saxlanması ilə bağlı xərclərin maliyyələşdirilməsini iki ay müddətində təmin etmək tapşırığı Nazirlər Kabinetinə tapşırılıb.



SİZƏ MARAQLI OLACAQ BİR NEÇƏ MƏLUMAT


Facebook-un Libra adlı kriptovalyutasının Avropa Birliyində istifadəsinə qadağa ..

Avropa Birliyinə daxil olan ölkələrin maliyyə nazirləri Facebook kriptovalyutasının Avropa Birliyind..


Apple şirkəti iPhone 11 Pro-ların öz istifadəçilərini izləmələri iddiasını təkzi..

Kompüter təhlükəsizliyi sahəsində fəaliyyət göstərən mütəxəssis Brian Krebs dünən bildirmişdi ki, iP..


Əsl film ssenarisi: Kreativ hacker çox maraqlı üsul ilə 1 milyon dollar oğurladı..

Kibertəhlükəsizlik sahəsində fəaliyyət göstərən Check Point şirkəti çox kreativ bir hackeri aşkar ed..


Wi-Fi 6 testləri tamamlandı: Saniyədə 10Gb fayl yükləmək mümkün olacaq

Wi-Fi 6 texnologiyası ilə birliktə artıq internet sürəti daha stabil və optimal olaraq işləyə biləcə..


Məşhur analitik 2021-ci il iPhone-lar barədə məlumatlar verdi

Məşhur çinli analitik Ming-Chi Kuo gələcək nəsil iPhone modelləri barəsində məlumatlar verməyə davam..


Snapdragon 865 prosessorlu ilk smartfon test edildi (VİDEO)

Yeni flaqman prosessor modeli olan Snapdragon 865 ilə birlikdə Qualcomm şirkəti bu prosessor vasitəs..