Azərbaycanda 'Messenger' üzərindən ödəniş dövrü başladı
12.02.2018
Farid Pardashunas
Bir müddətdir üzərində çalışdığımız yeni bir xidməti uğurlu sınaqlardan sonra sizlərlə bölüşmək qərarını aldıq. Bildiyiniz kimi son günlərin gündəmdən düşməyən mövzusu ÇatBot Lala, bu dəfə Azərbaycanda ilk dəfə olaraq "Messenger" platforması üzərindən ödənişləri qəbul edir.
Biz artıq bütün elektron ticarət saytlarına və şirkətlərə imkan yaradırıq ki, onlar öz məhsullarını "Messenger" platforması daxilində sata bilsinlər. Platformanın əsas üstünlüyü bütün proseslərin sadəcə mesaj qutusunda aparılmasıdır. Əlavə səhifəyə yaxud sayta keçid etməyə ehtiyac yoxdur. Məlumatların təhlükəsizliyi isə "Facebook" tərəfindən qorunur.
"Lala" bu dəfə öz inkişafı üçün izləyicilərinə müraciət edir. Beləliklə, biz ilk uğurlu testlərdən sonra, Lala -nın daha da yaxşı inkişaf etdirilməsi üçün yeni bir kampaniyaya başlayırıq. Belə ki, siz 10, 5 və 2 dollarlıq paketlərdən birini seçməklə, Lala -nın inkişafına yatırım edə bilərsiniz.
Ödəniş hesaba köçdükdən sonra dərhal ödənişlə bağlı çek sizə təqdim olunur. Bu çek ödənişi sübut edən əsas qəbz növüdür. Ödənişlərin qarşılığında Lala -nın da sizə kiçik hədiyyəsi olacaq, daha doğrusu o sizin ünvana, ödədiyiniz məbləğ qarşılığında kiçik bir əşya göndərəcək. Ən yaxşısı bütün bunları - buraya daxil olub Lala -nın öz dilindən eşitsəz yaxşıdır. (Mesaj olaraq: "lalaya dəstək" yazmaq lazımdır ödəmə paneli üçün)
Biz botumuzun inkişafı üçün ilkin sınaq mərhələsində öz istifadəçilərimizdən və izləyicilərimizdən Lala -ya tam dəstək olmalarını gözləyirik. Bizim əsas məqsədimiz Lala -nın inkişafı üçün lazım olan büdcəyə çatmaq və onu daha da inkişaf etdirməkdir.
Əlavə olaraq Bot -ların sifarişi və təkmilləşdirilməsi üçün aşağıdakı vasitələrlə əlaqə saxlaya bilərsiniz:
Hotbots LLC / DE USA
pardashunas@technote.az
pardashunas@technote.az
+994 50 231 25 38
Linki kopyala
Həftənin xəbərləri
Süni zəkanın köməyilə yaradılmış dərman insanlar üzərində test edilir
TikTok-un ABŞ-da qadağan edilməsinə hədəflənmiş qanun rəsmi səviyyədə dəstəklənib