Azərbaycanın ilk rəsmi ‘gambling’ oyunu tətbiq mağazalarında öz yerini aldı

27.11.2017 0 PAYLAŞIM 1129 OXUNMA

    Asif İbrahimov tərəfindən hazırlanan və Azerlotereya ilə əməkdaşlıq çərçivəsində ərsəyə gətirilən bu oyun, Azərbaycanın ilk rəsmi ‘gambling’ oyunudur.

    Tətbiqin əsas xüsusiyyəti evinizi tərk etmədən yaxud fiziki formada hər hansı oyun biletini almadan, sizi oyunun iştirakçısına çevirməsidir. Həll sadədir - Siz sadəcə tətbiqi AndroidiOS platforması üçün uyğun mağazadan yükləyib, smartfonunuza quraşdırırsınız. Tətbiqdə qeydiyyatdan keçdikdən sonra, sizin qarşınıza ana menyu hissəsində, yaxınlaşan lotoreya oyununun tirajları təqdim olunur.

     Sizi maraqlandıran lotoreya biletini, elə tətbiq vasitəsilə ala, əlavə olaraq istədiyiniz rəqəm kombinasiyalarını biletə əlavə edə bilərsiniz. Tətbiqin xüsusiyyətlərindən istifadə edərək oyun şablonları yarada və hər dəfə həmin şablonlar vasitəsilə bilet ala bilərsiniz.

     Biletləri tətbiq vasitəsilə əldə etmək üçün, balansınızı artırmaq vacibdir. Bank of Baku tərəfindən təqdim olunan təhlükəsiz ödəniş sistemi ilə plastik kartlarınız vasitəsilə balansınızı artırmaq seçimi var. İstənilən bank kartı ilə balansınızı faizsiz artıra bilərsiniz. Azerlotereya tərəfindən təqdim olunan loto kartlar vasitəsilə də, tətbiqdəki balansınızı artırmaq mümkündür.

    Əldə etdiyiniz bilet əgər uduşludursa, qazandığınız məbləği elə tətbiqin xüsusiyyətindən istifadə etməklə, balansınıza köçürə daha sonra isə həmin məbləği nəğdləşdirə bilərsiniz. Əlavə olaraq Azerpoçt vasitəsilə qazanılan məbləğin ünvana göndərilməsi seçimi də mövcuddur. 2000 AZN-dən çox məbləğlərin ödənişi üçün isə sizin Azerlotereya ofisinə yaxınlaşmağınız tələb olunur.

     Tətbiqi yerləşdirilmiş linklər vasitəsilə həm Android həm də iOS platforması üçün smatfonunuza yükləyə bilərsiniz. Qeyd edək ki, oyunu yalnız Azərbaycan ərazisindən yükləmək mümkündür.




<