main-post-cover

    Azercell Azərbaycanda İSO/IEC 27001 Beynəlxalq İnformasiya Təhlükəsizliyi Standartına uyğunluq sertifikatını alan ilk mobil operator oldu

    Elm & Texnologiya
    28.12.2019
    Farid Pardashunas
        Ölkənin rəqəmsal həllər təqdim edən lider mobil operatoru “Azercell Telekom” MMC bu ili növbəti uğura imza ataraq başa vurur. Bu dəfə Azercell dünya üzrə yüzdən artıq ölkədə sertifikasiya xidmətləri göstərən Norveçin DNV GL şirkəti tərəfindən İSO/IEC 27001 sertifikatına layiq görülüb. Fəaliyyətində şəffaflığın qorunub saxlanmasını, müştəri məlumatlarının təhlükəsizliyini və məxfiliyini təmin etməyi prioritet hesab edərək, Azercell ölkədə bu sertifikata layiq görülən ilk mobil operator oldu. Belə ki, müstəqil audit yoxlamaları zamanı məlumatların təhlükəsizliyini təmin etmək məqsədilə Azercell-in tətbiq etdiyi İnformasiya Təhlükəsizliyi İdarəetmə Sisteminin beynəlxalq standartlara cavab verdiyi təsdiq edilib. İSO/IEC 27001 sertifikatı Azercell-də məlumatların məxfiliyinin, bütövlüyünün və əlçatanlığının yüksək səviyyədə qorunmasını bir daha sübut edir.  
        Qeyd edək ki, İSO/IEC 27001 standartı Beynəlxalq Standartlaşdırma Təşkilatı (ISO) və Beynəlxalq Elektrotexnika Komissiyası (IEC) tərəfindən hazırlanıb. Standarta uyğunluq sertifikatı yalnız İSO/IEC 27001-nin  tələblərini tam qarşılayan, informasiya təhlükəsizliyi risklərini optimal idarə edən, davamlı olaraq audit yoxlamaları həyata keçirən və qanunvericilik üzrə qoyulan tələblərə uyğun məlumat təhlükəsizliyini təmin edən şirkətlərə təqdim edilir. 
        Xatırladaq ki, ISO (Beynəlxalq Standartlaşdırma Təşkilatı) ümumdünya milli standartlar qurumları (ISO üzv qurumları) federasiyasıdır. İndiyədək federasiya tərəfindən idarəçilik, texnologiyalar və biznes sahəsində əmtəələrə, xidmətlərə və müsbət təcrübələrə dair minlərlə standartlar müəyyənləşdirilib. 
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər