Azercell Azərbaycanın ən yaxşı startapını seçəcək (1 milyon ABŞ dolları qazanmaq üçün əla fürsət)

Azercell Azərbaycanın ən yaxşı startapını seçəcək (1 milyon ABŞ dolları qazanmaq üçün əla fürsət)

Texnologiya
18.05.2018 PAYLAŞIM

    Azercell Telekom MMC-nin Barama İnnovasiya və Sahibkarlıq Mərkəzinin təşkilatçılığı və PAŞA Bankın dəstəyi ilə ölkəmizdə 6-cı dəfə Seedstars World müsabiqəsinin yerli seçimləri baş tutacaq. 8 iyun 2018-ci il tarixdə ADA Universitetində Azərbaycanın 10 ən yaxşı startapı ölkəni Seedstars sammitində təmsil etmək və 1 milyon ABŞ dolları qazanmaq uğrunda mübarizə aparacaq. Qaydalara əsasən 2 ildən daha az müddətdə fəaliyyət göstərən, bu müddətdə real məhsulu, həmçinin regional və qlobal böyümə potensialı olan startaplar müsabiqədə iştirak edə bilərlər. Meyarlara uyğun olan startaplar yarışa qatılmaq üçün https://www.seedstarsworld.com/event/seedstars-baku-2018 linki vasitəsilə may ayının sonuna qədər qeydiyyatdan keçməlidirlər.

     Qeyd edək ki, tədbirin keçirilməsində Seedstars-ın məqsədi inkişaf edən ölkələrdə mövcud olan, xüsusilə BMT-nin Davamlı İnkişaf Məqsədlərinə uyğun həllər istiqamətində fəaliyyət göstərən sahibkarları diqqət mərkəzinə gətirməkdir. Bu məqsədlə Seedstars ən innovativ və yeni yaranan startapları müəyyən etmək üçün 65-dən çox ölkəyə səfər edir və onlara İsveçrədə keçirilən beynəlxalq Seedstars Sammitində 1 milyon ABŞ dollarına qədər investisiya vəsaiti əldə etmək, dünyanın müxtəlif ölkələrindən olan investorlar və mentorlarla əlaqələr qurmaq imkanı yaradır. Əvvəlki iştirakçılar toplam 92 milyon ABŞ dollarından artıq investisiya cəlb etmiş və bununla 2,100-dən çox iş yerinin yaranmasını təmin edmişdir. Məlumat üçün bildirək ki, informasiya texnologiyaları sahəsində fəaliyyət göstərən layihələri və yaranmaqda olan şirkətləri – startapları dəstəkləyərək onların müstəqil şirkətlər kimi inkişaf etməsinə kömək edən Barama İnnovasiya və Sahibkarlıq Mərkəzi İsveçrənin “Seedstars” şirkəti ilə yaxından tərəfdaşlıq edir və “Seedstars Baku” müsabiqəsinin yerli təşkilatçısıdır.

Bənzər xəbər


Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Blue Origin şirkəti kosmik turistlər üçün olan New Shepard raketinin son uçuş te..

Jeff Bezos-un aerokosmik şirkəti olan Blue Origin özünün New Shepard adlı raketinin final uçuş testi..


NASA-nın yeni aparatının Aya çatdırılması SpaceX şirkətinə həvalə edilib..

NASA-nın Ay səthi üçün nəzərdə tutulmuş yeni aparatı (moon rover) Yer kürəsinin peykinə Falcon Heavy..


Huawei: 'Dünyada olan prosessor çatışmazlığı probleminin səbəbi ABŞ sanksiyaları..

Son zamanlarda dünyada mikrosxem çatışmazlığı problemi yaşanır. Bu isə öz növbəsində məhsulların qiy..


Apple növbəti təqdimat tədbirinin keçirilmə tarixini elan edib

Dünən internetdə Apple şirkətinin növbəti təqdimat tədbiri barəsində məlumat ortaya çıxmışdı. ..


2023-cü ildə Dubayda pilotsuz taksilər istifadəyə veriləcək (VİDEO)

Dubay şahzadəsi Hamdan bin Mohammad öz Twitter hesabında bildirib ki, yaxın gələcəkdə şəhər yolların..


Google Chrome brauzerinə çox faydalı multimedia funksiyası əlavə ediləcək..

Google Chrome-un test versiyasında Youtube-dan daha çox istifadə edənlər üçün faydalı funksiya reall..

×