Azercell Beyləqanda yeni ekskluziv mağazasını açdı

Azercell Beyləqanda yeni ekskluziv mağazasını açdı

03.10.2018 PAYLAŞIM

Yeni mağazadan Smartfon alan hər bir müştəri Azercell-dən 150 AZN hədiyyə qazanacaq.

Ölkəmizdə innovativ müştəri xidmətləri modelini quran və həyata keçirməkdə davam edən, hər zaman abunəçilərinə daha rahat və keyfiyyətli xidmət təqdim etməyi hədəfləyən “Azercell Telekom” MMC Beyləqanda yeni ekskluziv mağazasının açılışını edib. Oktyabrın 3-dən etibarən Azercell Sərdar İmrəliyev küç. 265 ünvanında yerləşən yeni konsepsiyalı mağazasını Beyləqan şəhərində yaşayan abunəçilərinin ixtiyarına verib. Mağazanın açılışı ilə əlaqədar Azercell bütün müştəriləri üçün yeni Smartfon kampaniyasını da təqdim edir. Belə ki, 03 oktyabr 2018-ci il tarixindən ilk 7 gün ərzində Beyləqan Eksklüziv mağazasından yeni Smartfon alan hər bir müştəri Azercell nömrəsinin balansına danışıq və internet istifadəsi üçün 150 AZN hədiyyə qazanacaq. Məlumat üçün bildirək ki, yeni mağaza abunəçilərə yüksək standartlara uyğun xidmət göstərmək üçün bütün şərait və ən müasir avadanlıqla təmin olunub. Mağazada abunəçilər peşəkar satış mütəxəssislərdən istədiyi məhsul haqda məlumat ala, onu sınaqdan keçirə bilərlər, gündəlik istifadələri üçün müxtəlif cihazlar (MiFi, USB modem və s.), aksessuarlar əldə edə, mobil telefonları kredit və nəğd şəkildə ala bilərlər. Abunəçilər burada həmçinin şirkətin müştəri xidmətləri mərkəzlərində təqdim olunan bir çox əməliyyatları da icra edə bilərlər.

Bənzər xəbər


Qeyd edək ki, Azercell-in Eksklüziv mağazaları Bakı (Tbilisi pr., 44C, Bülbül pr., 5, Qara Qarayev pr., 30\42, m. 52, Bəxtiyar Vahabzadə küç., 556/57, Cavadxan küçəsi, 3005), Xırdalan (Heydər Əliyev pr., Mehdi Hüseyin küç., 54), Mərdəkan (Mərdəkan qəs., S.Yesenin küç., 92/2, m.30), Xaçmaz (Nəriman Nərimanov küç., 40), Salyan şəhəri (Heydər Əliyev küç., 105), Quba (Heydər Əliyev pr., 194 və Qələbə küç., 12) , Sumqayıtda (11-ci Mkr., Koroğlu və Üzeyir Hacıbəyov küçələrinin kəsişməsi), Şamaxıda (Ağamirzəli Əhmədov küç., 1), Bərdədə (İsmət Qayıbov küç., 8) və Gəncədə (Heydər Əliyev prospekti, 149) abunəçilərin ixtiyarına verilib.

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Redmi Note 8 Pro'nun qiyməti təqdimatdan öncə məlum oldu

Redmi Note 8 Pro smartfon modelinin təqdimatına çox az zaman qalmış onun barəsində demək olar ki, hə..


Redmi brendi artıq K20 smartfon modelinin davamçısı üzərində çalışır

May ayında Xiaomi şirkətinin Redmi brendi Redmi K20 smartfon seriyasını təqdim etmişdi.


Azercell 'Rəqəmsal Dünya Bölgələrdə' layihəsi çərçivəsində uşaqları və məcburi k..

Azercell Telekom “Rəqəmsal Dünya Bölgələrdə” şüarı altında iyul ayından başlayaraq ölkənin şəhər bə ..


Mercedes-Benz şirkəti öz alıcılarını izlədiyini etiraf edib

Smartfon istifadəçiləri artıq təəccüblənmirlər ki, həmin smartfonlr onların yerləşdikləri yerləri iz..


Onlayn sağlamlıq proqramları və məşqlər üçün yeni yerli tətbiq təqdim olundu - F..

Tətbiqin ən əsas üstünlüyü ondan ibarətdir ki, bu proqramlar sizə təsadüfi və kor təbii şəkildə təqd..


ABŞ'ın Huawei şirkətinə təqdim etmiş olduğu lisenziya daha 3 aylıq uzadılacaq..

ABŞ-ın ticarət nazirliyi Huawei şirkətinə qarşı təyin edilmiş sanksiyaların daha 3 ay təxirə salınma..

×