Azercell'dən fiziki məhdudiyyətli abunəçilərə xüsusi qayğı

Azercell'dən fiziki məhdudiyyətli abunəçilərə xüsusi qayğı

Texnologiya
03.09.2018 PAYLAŞIM

Şirkətin müştəri xidmətləri mərkəzlərində xüsusi qayğıya ehtiyacı olan vətəndaşlara növbəsiz xidmət göstərilir

Cəmiyyətimizdə fiziki məhdudiyyətli insanların inteqrasiyasına və sosial reablitasiyasına dəstək olmaq məqsədilə çoxsaylı sosial layihələr reallaşdırmış Azercell Telekom bu sahədə daha bir xeyirxah və innovativ təşəbbüslə çıxış edir. Belə ki, Azercell-in Müştəri Xidmətləri mərkəzlərində əlillər üçün Q-matik aparatında xüsusi növbədənkənar düymə yerləşdirib. Şirkətin B.Bagırova 2 və Tağıyev 26A ünvanında yerləşən Müştəri Xidmətləri mərkəzlərinə müraciət edən xüsusi qayğıya ehtiyacı olan bütün əlil abunəçilər artıq bu imkandan yararlana bilirlər. Məlumat üçün deyək ki, B.Bagırova, 2 ünvanında yerləşən ofisdə bu yenilik artıq aprel ayından, Tağıyev 26A ünvanında yerləşən ofisdə isə iyun ayından tətbiq olunur və indiyə qədər 100-dən artıq fiziki məhdudiyyətli abunəçiyə xidmət göstərilib. Şirkət ilin sonuna qədər digər Müştəri Xidmətləri ofislərində də bu xidməti istifadəyə verəcək.

Bənzər xəbər


Qeyd edək ki, hazırda dünya əhalisinin təxminən 15 faizini fiziki məhdudiyyətli insanlar təşkil edir. Azərbaycanda isə 6 min nəfərə yaxın əlil, o cümlədən 72 min sağlamlıq imkanları məhdud uşaq qeydə alınıb. Azercell əlil uşaqların reabilitasiya yolu ilə cəmiyyətə inteqrasiya olunmasına yardım göstərmək məqsədilə 2014-cü ildən Uşaq Paralimpiya Komitəsinə dəstək verir. Eyni zamanda Mobil Göz və Mobil Dİş Klinikaları vasitəsilə hər ay onlarla əlil vətəndaşlarımız pulsuz müayinə və müalicə edilir. Azercell-in 2013-cü ildə Böyük Vətən, Əfqanistan və Qarabağ müharibəsi iştirakçıları üçün yaratdığı Veteran tarifi isə 40 minə qədər abunəçiyə güzəştli rabitə xidmətindən yararlanmağa imkan verir. Ölkənin lider mobil operatoru Azercell Telekom öz sosial məsuliyyət strategiyasında insan həyatının keyfiyyətinin artırılması, texnnologiyalar vastəsilə insan həyatının asanlaşdırılması prinsiplərini əsas tutaraq bu sahədə təşəbbüs və layihələrini davam etdirəcək.

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Facebook-un ilk smart eynəyi gələn il satışa çıxacaq

Facebook şirkəti insanların ünsiyyətləri üçün nəzərdə tutulmuş ən məşhur tətbiqlərə sahibdir. ..


Toyota şirkəti ABŞ-da və digər ölkələrdə elektrikli avtomobillərə keçid prosesin..

Dünyanın ən böyük avtomobil istehsalçısı olan Toyota şirkəti ABŞ-da və digər ölkələrdə elektrikli av..


Xiaomi bütün gövdəsi ekrandan ibarət yeni nəsil Mi Band X üzərində çalışır..

Xiaomi daxilində bağlı təqdimat keçirilib və həmin təqdimat çərçivəsində yeni nəsil Mi Band qolbağı ..


Kompüter ilə çalışmaq üçün olan beyin interfeysinin insanlar üzərində testinə st..

ABŞ-ın Səhiyyə Nazirliyinin tərkibinə daxil olan FDA agentliyi Synchron şirkətinin neyrointerfeysini..


Snapdragon 898 flaqman prosessoru AnTuTu testində 1.000.000 xal toplama potensia..

Qualcomm şirkəti hələ özünün yeni mobil flaqman prosessorunu təqdim etməyib. Buna baxmayaraq interne..


Keçmiş OnePlus həmtəsisçisinin Nothing adlı yeni brendi ilk naqilsiz qulaqlıqlar..

OnePlus şirkətinin keçmiş həmtəsisçisi Carl Pei bir neçə müddət bundan öncə özünün Nothing adlı yeni..

×