Azercell-dən rəqəmsallığa doğru daha bir addım

Azercell-dən rəqəmsallığa doğru daha bir addım

19.03.2019 PAYLAŞIM

Hər zaman müştəri xidmətləri sahəsində innovativ ideya və həll yolları ilə seçilən Azercell şirkəti abunəçilərinin istifadəsinə daha müasir dizayna malik olan “Kabinetim” şəxsi kabinet xidmətini təqdim edir. “Kabinetim” nömrə ilə bağlı əksər əməliyyatların şəxsən abunəçi tərəfindən vaxta qənaət edərək ən qısa zamanda icra edilməsini təmin edən Virtual Köməkçidir.

Beləliklə, “Kabinetim” aşağıdakı əməliyyatların Azercell Müştəri Xidmətləri və ya Telefon Mərkəzinə müraciət etmədən onlayn icra edilməsi üçün imkan yaradır:

Bənzər xəbər


- nömrənin balansı və internet balansı haqqında tam məlumat əldə edilməsi

- mobil internet paketlərinin və rominq internet paketlərinin sifarışi, yenilənməsi və deaktiv edilməsi

- nömrədə mövcud tarif paketin dəyişdirilməsi

- nömrənin xəttinin idarə edilməsi

- nömrənin balansına son 6 ay ərzində edilən ödənişlərin izlənilməsi

Əlavə olaraq “Kabinetim” vasitəsilə abunəçi nömrənin balansını artıra bilər, sms göndərə bilər, Azercell-dən və 3-cü şirkətlərdən daxil olan sms yayımını dayandıra bilər, “Xidmətlərim” bölümünə daxil olmaqla isə Azercell-in Rominq, Kəscell, Zənglərin Yönləndirilməsi, Gizlətcell, Simurq xidmətləri üzərindən müxtəlif əməliyyatları icra edə bilər və sair.

Qeyd edək ki, rəqəmsal dünyanın ən son yeniklərini tədbiq etməyi hədəfləyən Azercell, yeni şəxsi kabineti adaptiv (“responsive”) dizaynda təqdim edir. Kabinet ekranın ölçüsünə görə həssas dizayna malikdir və istifadədə olan cihazın xüsusiyyətlərinə uyğun olaraq ekran və brauzer ölçüsünə avtomatik uyğunlaşır.

“Kabinetim”in daha bir yeni xüsusiyyəti, “Sürətli giriş”in, yəni birdəfəlik şifrə ilə kabinetə daxil olmanın mümkün olmasıdır.

“Kabinetim” tətbiqini Android və İOS istifadəçiləri aşağıdakı linkdə göstərilən təlimata əsasən öz smartfonlarına əlavə edib istənilən zaman digər mobil applikasiyalar kimi istifadə edə bilərlər:

https://www.azercell.com/az/personal/services/selfservice/kabinetim/

İnanırıq ki, bir sıra əməliyyatların onlayn şəkildə icra edilməsi üçün imkan yaradan “Kabinetim” xidməti abunəçilərin gündəlik həyatlarını asanlaşdırmaqda faydalı olacaq

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Redmi Note 8 Pro'nun qiyməti təqdimatdan öncə məlum oldu

Redmi Note 8 Pro smartfon modelinin təqdimatına çox az zaman qalmış onun barəsində demək olar ki, hə..


Redmi brendi artıq K20 smartfon modelinin davamçısı üzərində çalışır

May ayında Xiaomi şirkətinin Redmi brendi Redmi K20 smartfon seriyasını təqdim etmişdi.


Azercell 'Rəqəmsal Dünya Bölgələrdə' layihəsi çərçivəsində uşaqları və məcburi k..

Azercell Telekom “Rəqəmsal Dünya Bölgələrdə” şüarı altında iyul ayından başlayaraq ölkənin şəhər bə ..


Mercedes-Benz şirkəti öz alıcılarını izlədiyini etiraf edib

Smartfon istifadəçiləri artıq təəccüblənmirlər ki, həmin smartfonlr onların yerləşdikləri yerləri iz..


Onlayn sağlamlıq proqramları və məşqlər üçün yeni yerli tətbiq təqdim olundu - F..

Tətbiqin ən əsas üstünlüyü ondan ibarətdir ki, bu proqramlar sizə təsadüfi və kor təbii şəkildə təqd..


ABŞ'ın Huawei şirkətinə təqdim etmiş olduğu lisenziya daha 3 aylıq uzadılacaq..

ABŞ-ın ticarət nazirliyi Huawei şirkətinə qarşı təyin edilmiş sanksiyaların daha 3 ay təxirə salınma..

×